Mojo.az Banner
23:03 Meteohəssas insanların nəzərinə!  |     22:56 Bakıda qadın evində ölü tapıldı  |     22:51 Sanksiyalar və müharibə İranı çökdürür - Qiymətlər KƏSKİN BAHALAŞDI  |     22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |     22:14 Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |     21:23 Ceyhun Bayramov və Hakan Fidan strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:15 Xaçmazda kişi evin həyətində ölü tapıldı  |     21:10 İtaliyanın ən uzun çayı quruyur  |    
Left Banner
Right Banner

"Etalon İnşaat" MTK-nin dələduz rəhbərlərinə hökm oxunub

06.10.2018 13:59 11 831
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Azad Həsənov (1976-cı il təv.) və Elnur Vəliyevin (1980-ci il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Baş Prokurorluğun yaydığı xəbərə istinadən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla «Etalon İnşaat» MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilib.

Müəyyən edilib ki, «Əzizbəyov-KM» MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil «Etalon İnşaat» MTK-nın vəzifəli şəxsləri tərəfindən
öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb. Nəticədə vətəndaşlar — Məzahir Abdullayevə 39.710 manat, Baladayı Məmmədova 49.059 manat, Xankişi Xankişiyevə 50.751 manat, Camal Omarova 36. 696 manat məbləğində və digər şəxslərə külli miqdarda ziyan vurulub.

Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina "Etalon inşaat" MTK tərəfindən tikilib. Bina tam başa çatmamış "Əzizbəyov-KM" MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıbmış. Ancaq "Əzizbəyov-KM" MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. Bu proseslər 2012-2013-cü illərdə başlayıb.

Cinayət işi üzrə 50-dən çox tanınan zərərçəkmiş şəxslərə 600.000 manatdan artıq ziyan vurulub.

Təqsirləndirilən şəxslər "Əzizbəyov-KM" MMC və "Etalon İnşaat" MTK-da rəhbər şəxsləri olub.

Məhkəmənin hökmü ilə E.Vəliyev 10, A.Həsənov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.скачать dle 11.3
Mojo.az Banner