Mojo.az Banner
18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məmurlara şər atıb 192 min manatlıq dələduzluq edən şəxslə bağlı QƏRAR

01.03.2024 13:12 1 320
Məmurlara şər atıb 192 min manatlıq dələduzluq edən şəxslə bağlı QƏRAR
Ali Məhkəmədə dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Zamin Qarayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamin Qarayev yeddi il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, zərərçəkmişlərin şikayəti təmin olunmayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı apellyasiya protestinə münasibətdə dəyişdirilib və Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddəsi məhkəmənin hökmündən xaric edilib.

Qeyd edək ki, Zamin Qarayev Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurlarının şikayəti əsasında həbs edilib. Onlar adıçəkilən şəxsin cinayət əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161” qaynar xətt əlaqə mərkəzinə məlumat veriblər. 13 sentyabr 2021-ci il tarixdə faktla bağlı cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış ilkin araşdırmalarla Zamin Qarayevin dövlət orqanının və dövlət məmurlarının nüfuzuna şər atmaqla, onların adından sui-istifadə etməklə, icra məmuruna rüşvət verilməsi adı altında ayrı-ayrı şəxslərin ümumilikdə 192 000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan sonra o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zamin Qarayevə Cinayət Məcəlləsinin 29 (külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.скачать dle 11.3
Mojo.az Banner