Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

На 21 год осуждены мошенники, продававшие гражданам повторно квартиры

19.07.2018 17:00 4 428
На 21 год осуждены мошенники, продававшие гражданам повторно квартиры
Bakı Ağır Cinayətlər Məhkəməsində İsa Məmmədov və Çingiz Məmmədovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən ilin iyun-avqust aylarında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı başlanan araşdırma zamanı cəmiyyətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub, qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3.206.310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar bundan yayınıblar. Buna görə barələrində avqustun 17-də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmişlər bildiriblər ki, "İdeal-İ İnşaat" MTK 60 mənzili 90 nəfərə satıb. Onların sözlərinə görə, inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 - 250 min manat arasında ödəniş edib. Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib. Zərərşəkmişlərin əksəriyyəti pulu birbaşa şirkət rəhbərliyinə ödəyib.

Məhkəmənin hökmü ilə İ.Məmmədov 11 il, Ç.Məmmədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Son xəbərlər