Mojo.az Banner
16:05 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA (Video)  |     15:58 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb  |     15:50 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır  |     15:49 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:48 "Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ  |     15:41 Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi xəbərini təkzib etdi (Yenilənib)  |     15:38 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub  |     15:06 Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq  |     14:46 Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb  |     14:45 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ  |     14:43 Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI - VİDEO  |     14:41 Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı  |     14:40 Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB  |     13:31 Venesuelanın əsas hava limanı zəlzələdən sonra fəaliyyətini bərpa edir  |     13:09 Birləşmiş Ştatlardan viza müraciətləri ilə bağlı YENİ QƏRAR  |     13:01 Robert Koçaryanın oğlu həbs edildi  |     12:45 Universitetdəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı  |     12:44 Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub - FOTO  |     12:30 610 bal topladı, amma tələbə ola bilmədi - FOTO  |     12:25 Ermənistan ordusunda ölümlər: Son üç gün ərzində üçüncü hadisə  |    
Left Banner
Right Banner

Azərbaycanlı Qazaxıstanda insanların həyatını xilas etdi - FOTO

05.10.2018 11:51 4 129
Azərbaycanlı Qazaxıstanda insanların həyatını xilas etdi - FOTO
Qazaxıstan mətbuatı Aktobe şəhərində yanan çoxmərtəbəli binadan insanları xilas edən azərbaycanlının cəsarətindən yazıb.

Tahir Quliyev Azərbaycandan Aktobeyə qonaq gedib.

Hadisə günü küçədən keçən zaman o, binada güclü yanğının baş verdiyini görüb. O zaman Tahir avtomobilini saxlayıb və yanğınsöndürənlər gələnə kimi insanları xilas etməyə başlayıb.


“Yanğını görən kimi maşını saxladım və binaya tərəf qaçdım. Gördüm ki, gənclər kənarda durub hadisəni telefona çəkirlər, şoka düşdüm. İki nəfərlə insanları xilas etmək üçün binaya daxil olduq. Qapıları döyməyə başladıq.

Uşaqlardan mağazadan su almağı xahiş etdim. Mən dörd qadını xilas etdim. Aşağı düşəndə qızlardan biri mənə yaxınlaşdı ki, bibisi altıncı mərtəbədə qalıb. Bu zaman dostum binaya girdi və həmin qadını xilas etdi. Hadisə zamanı uşaqların qışqırtısını eşitdim və buna biganə qala bilmədim”, - Quliyev deyib.скачать dle 11.3
Mojo.az Banner