Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhaliyə xoş xəbər - Bakıdan Ankaraya 20 saata getmək mümkün olacaq

28.09.2018 14:39 4 351
Əhaliyə xoş xəbər - Bakıdan Ankaraya 20 saata getmək mümkün olacaq
"Növbəti ildən Bakı-Tbilisi-Qars istiqaməti üzrə sərnişin daşınmasına başlanılacaq".

Median.Az azvision.az-a istinadla xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Qurum rəhbəri bildirib ki, sərnişin qatarının istifadəyə verilməsinin gecikməsi relslərin fərqli olması ilə əlaqədardır.

"Belə ki, Azərbaycan və Türkiyə dəmiryolu reysləri fərqli olduğu üçün ona uyğun vaqonların hazırlanması prosesi gecikir. 30 ədəd vaqon sifariş olunub. İlk partiyada 10 ədəd vaqon göndəriləcək. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb".

C.Qurbanov bildrib ki, vaqonların Azərbaycana gətirilməsi 2019-cu ilin birinci rübündə nəzərdə tutulub. "İşlərin gedişatından asılı olaraq vaxt dəyişə bilər. Yeni qatarlarla sərnişinlər Bakıdan Qarsa 10 saata, Ankaraya isə 20 saata çatacaq. Qiymət 3 ölkə arasında əldə olunmuş razılığa əsasən, müəyyən ediləcək".

Son xəbərlər