Mojo.az Banner
20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Novxanıda İranlı tələbəni öldürən şəxslərə prokuror cəza istəyib - FOTO

18.09.2018 17:11 6 906
Novxanıda İranlı tələbəni öldürən şəxslərə prokuror cəza istəyib - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev və Rəşidə Seyidovanın CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.2.1 (quldurluq. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, ötən il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun (1994-cü il təv.) meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Sumqayıt şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı mərhumun Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kursunda təhsil alması məlum olub.

Faktla bağlı ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev və Rəşidə Seyidova tutularaq məsuliyyətə
cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, oktyabrın 11-nə keçən gecə əvvəlcədən izlədikləri ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar.

Bu gün keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən N.Babaverdiyevə və Y.Camallıya 20 il, P.Əlməmmədova 15 il, Z.Dünyamalıyevə 13 il 6 ay, R.Seyidovaya 10 il cəza təyin olunmasını xahiş edib.

Növbəti iclas sentyabrın 25-nə təyin edilib.











скачать dle 11.3
Mojo.az Banner