Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaçmaz sakinini öldürüb, meşədə basdıranlar 38 il cəza alıblar

26.02.2019 14:12 4 053
Xaçmaz sakinini öldürüb, meşədə basdıranlar 38 il cəza alıblar
Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakinləri Şahin İmanov və Elbrus Abdullayevin CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il iyunun 11-də Şahin İmanov Xaçmaz RPŞ-nə könüllü gələrək, 10 gün əvvəl tanışı Elbrus Abdullayevlə birlikdə rayon sakini Mirzağa Əzizovu (1967-ci il təv.) balta zərbələri ilə qətlə yetirdiklərini və sonra meyitini Əbilyatağı kəndi ərazisindəki meşə massivində basdırdıqlarını bildirib.

Məlumatla əlaqədar RPŞ və rayon prokurorluğunun əməkdaşları tərəfindən göstərilən əraziyə baxış keçirilib, basdırılmış kişi meyiti oradan çıxarılaraq məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Keçirilmiş istintaq-əməliyyat tədbiri nəticəsində Elbrus Abdullayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 19 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Son xəbərlər