Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Novxanı bağlarında iranlı tələbəni öldürən şəxsin hökmü dəyişdirilib

09.04.2019 20:37 2 059
Novxanı bağlarında iranlı tələbəni öldürən şəxsin hökmü dəyişdirilib
Sumqayıt Apellyasiya Məhkəməsində Novxanı bağlar massivində iranlı iş adamının oğlunu yastıqla boğub öldürməkdə və digər cinayət törətməkdə təqsirləndirilən Yunus Camallı, Natiq Babaverdiyev, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev, Ceyhun Talıblı və Rəşidə Seyidova barələrində olan məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
-ın report-a istinadən xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm məhkum C.Talıblıya aid hissədə dəyişdirilib.

Belə ki, onun 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla, cəzasının ilk 3 ilini həbsxanada çəkməsi hissəsi 1 il 5 ay müddətə endirilib. C.Talıblı cəzasının qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmün qalan hissəsi dəyişdirilməyib.

Qeyd edək ki, qətl hadisəsi 2017-ci ilin oktyabr ayında Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki villada baş verib.

Rəsmi məlumata görə, İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı evdə aşkar olunub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Babaverdiyev 20 il, Y.Camallı 20 il, P.Əlməmmədov 14 il, Z.Dünyamalıyev 12 il, C.Talıblı 20 il və R.Seyidova 4 il müddətinə azadlıqdan məhrum olunub. Ev dustaqlığında olan R.Seyidova isə məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.скачать dle 11.3
Mojo.az Banner