Mojo.az Banner
22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ olub  |     22:46 Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazandı  |     22:39 1 manat 70 qəpiklik möcüzə — Bazarda hamı bu meyvəni soruşur  |     22:32 Boşansalar da, eyni evdə yaşayırmışlar... - Bakıdakı qətlin təfərrüatı - Video  |     22:24 Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı  |     22:17 Şəhidin qardaşı arı sancması nəticəsində ölüb - TƏFƏRRÜAT  |     22:07 Türkiyədə mərc qalmaqalı: 1024 oyunçunun adı açıqlandı  |     21:59 Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ  |     21:28 Suriya prezidentinə qarşı sui-qəsdlərin qarşısı alınıb  |     21:23 Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb  |     19:28 İsrail ordusu "Hizbullah"ın rəhbərlərindən birini öldürüb  |     19:00 Qubada 34 yaşlı kişi baltalandı: Şübhəli qadın saxlanıldı  |     18:19 Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü  |     18:17 Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırılıb  |     17:02 Bakıda mənzildə iki nəfərin MEYİTİ TAPILDI  |     16:35 Azərbaycan UNESCO komitəsinə üzv seçildi  |     16:24 Robert De Niro Bakıya gələcək - Video  |     16:16 Balakəndə kişi velosipeddən yıxılaraq ölüb  |     15:58 Siyəzəndə keçmiş məhkumun meyiti tapılıb  |     15:54 Azərbaycan doqquz ayda 115 ölkəyə mal ixrac edib  |    
Left Banner
Right Banner

Nigarın ölümünə səbəb olan xəstəlik:Leykoz necə yaranır və hansı məşhur qurbanları olub?

14.09.2018 18:23 3 654
Nigarın ölümünə səbəb olan xəstəlik:Leykoz necə yaranır və hansı məşhur qurbanları olub?
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı və jurnalist Nigar İsmayılqızı bu gün səhər saatlarında Bakıda xəstəxanada Leykoz xəstəliyi (qan xərçəngi) səbəbindən vəfat edib.
 
Dünən 34 yaşını qeyd edən mərhum yazıçı-jurnalist doğulub boya-başa çatdığı Şabran rayonunda atasının yanında dəfn edilib.

Azxeber.com məşhur yazıçı-jurnalistin qısa müddətə ölümünə səbəb olan leykoz xəstəliyi və bu xəstəlikdən dünyasını dəyişən məşhurlarla bağlı araşdırma aparıb. 

Leykoz nədir və necə yaranır?

Leykoz — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar.
 
İlkin dövrlərdə iştahasızlıq, ümumi halsızlıq, hərarətin yüksəlməsi, çəkinin itməsi, baş-əzələ-sümük ağrıları ilə özünü büruzə verən xəstəlik irəliləmiş mərhələlərdə qaraciyər və dalağın böyüməsi, limfatik düyünlərdə böyümə, burun və diş qanaxmaları, bəzi hallarda isə mədə-bağırsaq qanaxmaları ilə müşaiyət olunur.
 
Müayinə üsulları hansılardır?
 
Xəstəliyin düzgün təyin edilməsi üçün ilk növbədə qanın müayinəsindən başlamaq lazımdır. Həmçinin xəstəliyin fəsadları dalaq, qara ciyər və limfa vəzilərinə təsir etdiyi üçün bu orqanlar da müayinədən keçirilməlidir. Xəstəliyin yaranma səbəbi haqqında dəqiq məlumat olmadığına görə əvvəlcədən profilaktik tədbirlər həyata keçirmək çətindir. Ancaq müalicə zamanı ayrı-ayrı simptomları aradan qaldırmaq və zəiflətmək üçün hormonal, vitamin, antibiotik, qanköçürmə və damar daraldıcı preparatlardan istifadə edilir. Kəskin və xroniki leykozlarda xəstəliyin fəsadlarının aradan qaldırılması üçün hormonal müalicənin əhəmiyyəti böyükdür. Bu müalicə üsulu əsasən uşaq və yeniyetmələrə yaxşı təsir göstərir.
 
Hansı məşhur qurbanları olub?

Ötən ilin fevral ayında tanınmış rejissor Şahin Zəkizadə Leykoz xəstəliyi səbəbindən vəfat edib. 38 yaşlı rejissorun ölümündən bir neçə ay öncə bu xəstəlik aşkar edilib. Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında müalicə olunan Ş.Zəkizadənin həyatını xilas etmək mümkün olmayıb.
 
"Exo” qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyevin də ölümünə səbəb qan xərçəngi olub. Yaxınlarının sosial şəbəkədə yaydığı məlumata görə, qan xərçəngindən əziyyət çəkən S. Əliyevin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.
 
Lələ Təpə döyüşlərinin iştirakçısı Azər Aslanov da bir neçə ay öncə qan xərçəngindən vəfat edib. O bu məqsədlə müalicə olunsa da, tibbi səylər nəticəsiz qalıb.
 
Çalışın özünüzü qoruyun, vaxtaşırı müayinə olunun və imkan verməyin ki, əcəl vaxtsız qapınızı döysün!скачать dle 11.3