18:20 Cüdoçumuz VI İslam Həmrəyliyi oyunlarının finalına yüksəlib  |     18:13 Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?  |     18:06 Bakıda hərbi paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika - SİYAHI  |     17:57 Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət iştirak edib  |     17:50 Tehranda içməli suya məhdudiyyət tətbiq olundu  |     17:42 Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  |     17:34 Vətən müharibəsi iştirakçısı: "Döyüşə başlayanda 124 nəfər idik, sonda 20 nəfər qalmışdıq"  |     17:19 Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb  |     17:13 Putin müdafiə nazirinin müavini Andrey Bulıqanı vəzifəsindən azad etdi  |     17:04 VI İslam Həmrəyliyi Oyunlarında 15 yaşlı ağırlıqqaldıranımız 3 bürünc medal qazanıb  |     16:58 Türkiyə Milli Müdafiə Nazirliyi Bakıdakı paraddan paylaşım etdi  |     16:55 Çin Tayvana görə Avropa İttifaqına etiraz etdi  |     16:48 Laçında “Zəfərin Səsi – Laçın 2025” adlı tədbir keçirilib  |     16:33 Şuşada atəşfəşanlıq olacaq  |     16:27 Xocavənddə evlərin təmirinə 2,3 milyon manat xərclənəcək  |     16:22 "Qalatasaray"ın heyətində CİDDİ İTKİ: İlin sonuna qədər olmayacaq  |     16:21 Mark Rütte: "NATO öz nüvə potensialını artırmaq niyyətindədir"  |     16:10 Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi  |     16:05 Azərbaycanın iki cüdoçusu İslamiadada yarımfinala yüksəlib  |     15:58 Maştağada dönərxana yandı  |    

Qanunsuz tikili hansı halda və necə sökülə bilər?

Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır

Son günlər Bakı meriyası qanunsuz tikililərin sökülməsi prosesinə start verib. Belə ki, sonuncu dəfə Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin ətrafındakı qanunsuz tikililər sökülüb.

Etiraf edək ki, qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Məsələn, Binəqədi rayon ərazisində "neftin torpağı" deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən fərdi evlər tikilib, "bələdiyyə sənədi" ilə vətəndaşlara münasib qiymətə satılır. Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır. Amma sonda olan yenə vətəndaşa olur. Həm pulu “batır”, həm də ev sahibi olmaq arzusu “gözündə qalır”.

İndi vətəndaşlar üçün maraqlıdır ki, qanunsuz tikililər hansı halda sökülə bilər? Ümumiyyətlə, müvafiq qurum hansı qərarla qanunsuz tikilini sökə bilər?

Sputnik Azərbaycan müxtəlif sahədən olan ekspertlərlə vətəndaşları narahat edən bu suallara cavab tapmağa çalışdı.

Sualımıza ilk olaraq münasibət bildirən "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşın mülkiyyətində olan əmlakın məhvi yalnız məhkəmə qərarı və yaxud özünün istəyi ilə ola bilər. Vətəndaş icazəsiz tiksə belə, onun həmin əmlak üzərində sahiblik hüququ var: "Mənim fikrimcə, bütün qanunsuz tikililər hansısa bir sənəd əsasında sökülməlidir. Məsələn, Nazirlər Kabinetinin ərazi üzrə bir qərarı və ya məhkəmə qərarı olmalıdır. Vətəndaş mənzil tikibsə, orada yaşayırsa, artıq bu zaman vətəndaşın həmin əmlak üzərində hüququ yaranır”.

“Vətəndaş 30 il və ya 30 ildən artıq qanunsuz tikilən mənzildə yaşayırsa, artıq vətəndaşın həmin əmlaka hüququ yaranır. Hər hansı bir səhv sənədlə, yəni sənədin səhv olduğunu özü də bilmirsə, həmin mənzildə 10 ildən artıq yaşayırsa, artıq vətəndaşın həmin mənzil üzərində hüququ əmələ gəlir. Bütün bunlar Mülki Məcəllədə qeyd olunub" – deyə ekspert vurğulayıb.

N.İbrahimov bildirib ki, ölkədə qanunsuz olaraq tikinti aparmaq mümkündür, amma icazə olmadan tikinti işləri ilə məşğul olmaq qeyri-mümkündür: "Nəzarət qurumları göz yumduğu üçün belə tikilər artır. Həmin qurumlarda olan şəxslər dostluq, qohumluq və ya pul müqabilində qanunsuz tikililərin tikilməsinə göz yumurlar. Qanunsuz tikililər sökülən zaman isə nəzarətedici qurumlar və şəxslər məsuliyyət daşıyır".

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə (BRİH) də müraciət etdik. Sorğumuza cavab olaraq bildirdilər ki, SOCAR-in balansında olan torpaq sahələrində tikinti işlərinin aparılmasına dair icazə sənədi verilməyib. Qeyd olunan tikililər neft şirkətinin balansında olduğu üçün həmin tikililərə dair müvafiq tədbirlərin görülməsi və həyata keçirilməsi balansdaşıyıcı təşkilatların nəzarəti ilə həyata keçirilməlidir”.

O da qeyd olundu ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililərin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq monitorinqlərin keçirilməsi üçün rayonun aidiyyatı qurumlarına göstəriş verilib.

BRİH-dən aldığımız cavabdan sonra SOCAR-a sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, SOCAR-ın balansında olan torpaqlara nəzarət SOCAR-ın mühafizə xidməti vasitəsi ilə həyata keçirilir: "Həmin torpaqlarda mövcud olan qanunsuz tikililər sökülmür. Sadəcə yeni qanunsuz tikintilərin inşa olunmasının qarşısı alınır. Əgər qanunsuz tikinti və ya ev aşkar olunursa, bununla bağlı məhkəmə orqanlarına müraciət olunur. SOCAR-ın mühafizə xidməti mütəmadi olaraq mədən ərazilərində monitorinq işləri aparır".

Prosesin hüquqi tərəflərini isə hüquqşünas Səməd Vəkilov izah etdi. O bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, şifahi göstəriş əsasında tikintini sökmək və dayandırmaq mümkün deyil: "Müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir. Tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir".

S.Vəkilov qeyd etdi ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində isə bəzi tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: “Məsələn, kiçik memarlıq formalarının, açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin və s. tikintisi zamanı xüsusi icazə lazım deyil”.

Hüquqşünas vurğuladı ki, hər hansı bir tikintinin söküntüsü zamanı isə məhkəmə qərarı olmalıdır.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 489 13.09.18 17:10