Mojo.az Banner
23:00 FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib  |     22:52 Samuxda 22 yaşlı qadını maşın vurdu  |     22:45 AĞIR QƏZA: ölən və xəsarət alanlar var  |     22:36 Zəngli saat qurmağı unudun!  |     22:28 Bu bürcləri böyük sürpriz gözləyir  |     22:20 Səfirimiz Belqradda diplomatik fəaliyyətə başladı  |     22:13 Azərbaycanda Ermənistana növbəti tədarük həyata keçirilib  |     22:06 Bu yağları alarkən diqqətli olun  |     21:58 Gəncədə toyda dava: Xəsarət alan var  |     21:50 İspaniyada anomal istilər səbəbindən rekord sayda ölüm halı qeydə alınıb  |     21:42 Nepalda üç yaşlı qızın qətli kütləvi etirazlara səbəb oldu - VİDEO  |     21:33 Moskvadakı müəmmalı görüşlər başa çatdı: ABŞ hərbi təyyarəsi Rusiyadan ayrıldı - FOTO - VİDEO  |     21:26 İşıqlar içində tarix: Daşkənddə möhtəşəm 3D-meppinq şou keçirilib - FOTO  |     21:18 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - VİDEO  |     21:11 53 yaşlı kişi qətlə yetirilib  |     21:00 Yaponiyada isti hava beş mindən çox insanı xəstəxanalıq etdi  |     20:46 Şəhid Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı qazandı: "Çox xoşbəxtəm"  |     20:38 Novxanıda avtomobil marketə çırpılıb - VİDEO  |     20:30 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" - VİDEO  |     20:16 Elxan Mütəllimova yüksək VƏZİFƏ VERİLDİ  |    
Left Banner
Right Banner

Azərbaycan çempionu olmuş komanda dağıldı – SƏBƏB

13.09.2018 12:24 3 723
Azərbaycan çempionu olmuş komanda dağıldı – SƏBƏB
Qadın həndbolu üzrə 2016/2017 mövsümünün Azərbaycan çempionu “Nur” komandası dağılıb.

Oktyabrın 6-da həndbol üzrə XXVI Azərbaycan çempionatına start veriləcək.

Belə ki, “ABU Arena”da təşkil olunacaq ölkə birinciliyində altısı qadınlardan (“Azərsu”, “Azəryol”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Olimpiya”, “Qarabağ”), dördü isə kişilərdən (“Bakı”, “Təhsil”, U-16, “Məhsul”) ibarət olmaqla, on komanda iştirak edəcək.

Göründüyü kimi, ötən il Azərbaycanı Avropa Həndbol Federasiyası (EHF) kuboku turnirində təmsil etmiş və ötən mövsümün bürünc mükafatçısı olmuş Mingəçevirin “Nur” komandasının adı siyahıda yoxdur. Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov bunun səbəbini saytımıza açıqlayıb:

“Yerli həndbolçuların inkişafı naminə bu mövsümdən yeni qaydalar tətbiq etmişik. Belə ki, legionerlərin oynamasına limit qoymuşuq. İndi start heyətdə maksimum altı legioner və bir yerli həndbolçu oynaya bilər.

Bildiyiniz kimi, “Nur” komandası da bütünlüklə legioner qızlardan ibarət idi. Bu da çempionatda rəqabətin itməsinə səbəb olurdu. Biz onlara dedik ki, 16 nəfərlik heyətinizə azərbaycanlı da əlavə edin. Onlar belə bir oyunçu tapmadıqları üçün çempionatda iştiraklarına icazə vermədik”.

O həmçinin Gürcüstanın “Olimpiya” komandasının Azərbaycan çempionatında iştirakının detallarını açıqlayıb:

“Həndbol federasiyalarının prezidentləri arasında baş tutmuş danışığa əsasən, Gürcüstan komandasının Azərbaycan çempionatında iştirakına icazə verildi. Bu komanda son Gürcüstan çempionudur. Lakin ötən mövsüm onlarda iştirak etmiş dörd klubun həndbolçuları bu komandaya yığılıb.

Belə demək mümkünsə, hamısı Gürcüstan millisinin üzvləridir. Artıq razılaşdırmışıq. Onlar dörd dövrəli çempionatımızda beş dəfə Azərbaycana gələcəklər və hər səfərdə iki oyun keçirəcəklər. Bizim komandaların hər biri isə bir dəfə Tbilisiyə gedib orada iki oyun keçirəcəklər. Yəni bizim komandaların onlara qarşı iki oyunu Bakıda, ikisi də Tbilisidə baş tutacaq”./oxu.azскачать dle 11.3
Mojo.az Banner