Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Həndbol üzrə Azərbaycan çempionatı ləğv olunur

22.06.2020 13:50 1 492
Həndbol üzrə Azərbaycan çempionatı ləğv olunur
“Həndbol üzrə Azərbaycan çempionatını ləğv edilmiş saymaq olar. Çünki bu şəraitdə yarışı davam etdirmək mümkün deyil”.

Bunu Oxu.Az-a Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov deyib.

O, həndbol üzrə yarışların ləğv ediləcəyini bildirib:

“Hələ rəsmi qərar verməmişik. Federasiya prezidenti Saleh Məmmədovla iyulun əvvəlində bu barədə söhbət ediləcək. Bundan sonra rəsmi qərar açıqlanacaq.

İki həftəlik sərt karantin rejimi tətbiq olunur. Üstəlik, minimum avqustun 1-dək Azərbaycanda karantin rejimi olacaq. Bu müddətdə idman zallarının açılacağı güman edilmir.

Əslində, sentyabrda yarışı davam etdirmək olar. Amma bu, bizə sərf etmir. Çünki yeni mövsümə oktyabr-noyabrdan başlamaq istəyirik. Rusiya da həndbolu dayandırıb. Yəqin, Gənclər və İdman Nazirliyi də keçirməyə icazə verməyəcək. İdman zalları xəstəxanaya çevrilsə, yerimiz də olmayacaq.

Avrokuboklar üçün həm qadınlarda, həm də kişilərdə dörd yerimiz var. Ona görə də çempionatda indiki turnir cədvəlinə əsasən yerləri müəyyənləşdirib avrokuboklara gedəcək komandaları açıqlamaq mümkündür”.скачать dle 11.3
Mojo.az Banner