Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb

10.09.2018 12:00 12 615
Salfet satmaqla günə 65 manat qazanan uşaq saxlanılıb
Bakıda “Gənclik” metrostansiyasında səhər saat 4-dək kağız salfet almağı xahiş edən 12 yaşlı oğlan reabilitasiya proqramına cəlb olunub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə məlumat verib.

“Biz uzun müddət “Mcdonalds” restoranının yaxınlığındakı həmin uşağı müşahidə etmişik və müəyyənləşdirmişik ki, o, tək deyil, böyüklər tərəfindən təqib edilir. Bu adamlar onun qohumlarıdır. Uzun müddət müşahidə edəndən sonra oğlanın yanına getmək qərarına gəldik”.

O qeyd edib ki, uşaq kifayət qədər özünə əmin olub, heç nədər qorxmayıb. Buna səbəb isə qəyyumlarının yaxınlıqda olması imiş.

Hüquq müdafiəçisi Çevik Polis Alayının əməkdaşlarından bu vəziyyəti araşdırmağı xahiş edib. Nəticədə oğlanı Bakının Nərimanov rayonundakı 18-ci polis bölməsinə aparıblar.

Uşağın valideynləri də polis bölməsinə çağırılıb. Məlum olub ki, oğlanın 45 yaşında anası, 50 yaşlı atası və iki böyük bacısı var. Bacılardan birinin yeri barədə heç nə məlum deyil. Digər bacı isə əvvəllər məhkumluq həyatı yaşayıb və əvvəllər məhkum olmuş bir kişi ilə yaşayır. Sonuncu hər gün axşam saat 20.00 radələrində uşağı metrostansiyasının bu və ya digər çıxışına gətirib qoyur və səhər saat 04-ə qədər onu kənardan müşahidə edir.

Polislə söhbət zamanı oğlan etiraf edib ki, onun gündəlik gəliri 65 manat civarındadır.

“Hər gün axşam saat 8-dən səhər saat 4-dək neçə qutu salfet satmaq lazımdır ki, azı 65 manat pul qazanasan? Mən hesablamışam ki, bunun üçün, azı 100 qutudan artıq salfet satmalısan. Bu mümkün deyil. Deməli, o, təkcə salfet satmır. Bilmək lazımdır ki, o, başqa nə işlə məşğul olub. Ola bilsin, kuryerliklə məşğul imiş. Bunu yoxlamaq lazımdır”, - deyə Ağazadə bildirib.

Oğlanın valideynləri polis bölməsinə gətirilib. Anası ağlayıb ki, bu uşaq onların yeganə gəlir mənbəyidir. Ata isə onları rahat buraxmağı tələb edib və deyib ki, vaxtilə cəbhə bölgəsində vuruşub.

Araşdırma zamanı o da məlum olub ki, uşaq heç vaxt məktəbə getməyib. O işləyib və qazandığı bütün pulları ailəsinə verib. Bu pulla təkcə uşağın ata-anası deyil, bacısının ailəsi də dolanıb. Yeznəsi pulun bir hissəsini uşaqdan ona görə alıb ki, onu daşıyır və gecələr mühafizə edir. Praktiki olaraq küçələrdə böyüyən yeniyetmə isə artıq həyatın hər üzünü görüb və ona görə də heç nədən qorxmur.

Ağazadə uşaqdan narkokuryer kimi istifadə olunduğundan da şübhələnir. Lakin hesab edir ki, bunu hüquq-mühafizə orqanları araşdırmalıdır.

Hüquq müdafiəçisi tələb edib ki, oğlanı ailəsindən alaraq Azərbaycan Uşaqlar Birliyinin Reinteqrasiya Mərkəzinə versinlər. Hazırda uşaq artıq sözügedən sığınacaqdadır. Lakin məlum məsələdir ki, həyatı başqa cür qəbul edən bu oğlanı reabilitasiya etmək üçün çox çalışmaq lazım gələcək.

Öz növbəsində, valideynlərini də valideynlik hüququndan məhrum olunmaq təhlükəsi gözləyir. Onlar, güman ki, həm də həddi buluğa çatmayan uşaq əməyinin istismarına görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Kəmalə Ağazadə bildirib ki, məsələ ilə bağlı Yasamal Rayonu Polis İdarəsində təhqiqat başlanılıb.

Son xəbərlər