Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Azərbaycana rus dilli müəllimlərlə kömək edə bilər

29.08.2018 11:35 3 701
Rusiya Azərbaycana rus dilli müəllimlərlə kömək edə bilər
Rusiya Azərbaycana rus dili müəllimləri göndərə bilər.

Median.Az
-ın Rusiyanın “Parlamentskaya qazeta” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının elm, təhsil və mədəniyyət üzrə Komitəsi sədrinin müavini Liliya Qumerova deyib.

O bildirib ki, parlament görüşləri çərçivəsində keçmiş SSRİ respiblikalarına edilən səfərlər zamanı rusiyalı müəllimlərin, habelə dərs vəsaitlərinin göndərilməsi mövzusu həmişə gündəmdə olub.

L.Qumerova qeyd edib ki, bu cür layihələrə Azərbaycan və Qırğızıstanda maraq göstərilib.

Qeyd edək ki, sentyabrın 1-dən Tacikistan məktəblərində rusiyalı müəllimlər dərs deyəcək. Bu layihə artıq ikinci ildir reallaşdırılır.

Son xəbərlər