Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Nəvəmin qanını istəyirəm, yerdə qalmasın” – Əməliyyatdan sonra ölən uşağın valideynləri DANIŞDI – VİDEO

23.08.2018 15:59 2 198
“Nəvəmin qanını istəyirəm, yerdə qalmasın” – Əməliyyatdan sonra ölən uşağın valideynləri DANIŞDI – VİDEO
Yevlax sakini 2 yaşlı azyaşlının xəstəxanada dünyasını dəyişməsi ilə bağlı fərziyələr ortaya çıxıb.

ARB TV xəbər verir ki, azyaşlını valideynləri uşağın həkim səhlənkarlığı ucbatından dünyasını dəyişdiyini iddia edirlər.

Yevlax sakini 2016-cı il təvəllüdlü Ayaz Həsənəliyevin valideynləri azyaşlının sağ tərəfin qasıq yırtığı ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimin sözlərinə görə, uşaq əməliyyat olunmuşdu. Lakin əməliyyatdan sonra azyaşlının kliniki ölüm keçirdiyi məlum olub.

Tofiq Kərimov – Azyaşlının babası: “Uşağı alıblar yeznəmin anasının əlindən qaldırıblar yuxarı. Deyiblər yatızdıracağıq, sabah gəlib götürərik. Aparıb gecə uşağı operasiya ediblər. Hanı sənin analizin? Hanı mənim dilimdən ərizə? Xahiş edirəm Səhiyyə Nazirliyindən. Bu işə dəqiqliklə baxın”.

Azyaşlının nənəsi: “Nəvəmin qanını istəyirəm, qanı yerdə qalmasın”.

Həkim bildirib ki, əməliyyatdan sonra uşağın vəziyyəti pisləşib. Xəstədə kliniki ölüm baş verib. Qeyd edib ki, aparılan kliniki işlərə baxmayaraq səhər səkkizə işləmiş bioloji ölüm baş verib.

Ölümün dəqiq səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Mingəçevir şəhər şöbə rəisinin rəyindən sonra məlum olacaq.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər