Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

28 yaşlı Səxavət: Həyat yoldaşım qızımı alovun içinə atıb yandırmaq istədi - DƏHŞƏT

17.08.2018 16:31 3 589
28 yaşlı Səxavət: Həyat yoldaşım qızımı alovun içinə atıb yandırmaq istədi - DƏHŞƏT
Zərdab rayonu Qoruqbağı kənd sakini, 04.08.1990-cı il təvəllüdlü Səxavət Məmmədov öz həyat faciəsi və məhkəmə hakimlərinin qəbul etdiyi ədalətsiz qərarlarla bağlı şikayətçidir.

Median.Az
xəbər verir ki, o, modern.az-a müraciətində bildirib ki, 14 noyabr 2011-ci il tarixdə Hacıqabul rayon sakini Samirə Məmmədova ilə qanuni ailə həyatı qurub.

2012-ci il oktyabrın 13-də onların Nuray adlı qız övladı dünyaya gəlib.

S. Məmmədov həyat yoldaşından boşandığını deyib. O, vəziyyəti belə izah edib:

“Sözün düzü, evlənəndə Samirənin xəstə olduğunu bilmirdim. Sonradan bildim ki, Samirə atası evində müntəzəm müalicə olunurmuş. Samirə dəfələrlə birgə yaşadığımız atama məxsus evi yandırıb, qızımı alovun içərisinə atıb yandırmaq, öldürmək istəyib. Biz uşağı güclə onun əlindən alıb xılas etmişik.

Mən ailəmin dağılmaması üçün Samirəni Respublika Xəstəxanasında 5 ay, Medstayl Hospitalda uzun müddət müalicə etdirsəm də faydası olmayıb. Hətta həkimlər mənə bildirib ki, belə xəstə ilə evlənmək olmazdı. Yoldaşım uzun müddət isteriya tutması diaqnozu ilə Zərdab Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatında olub. Bu Zərdab RMX-nın 15.03.2018-ci il tarixli, 02-901 saylı, şöbə müdiri X.Teymurovanın və həkim-nevropatoloq F.Mürsəlovanın imzası və möhürü ilə təsdiq olunan arayışından da görünür.

Arayışda qeyd edilir ki: “Verilir Zərdab rayonu Qoruqbağı kənd sakini Məmmədova Samirə Rəfail qızına ondan ötəri ki, o həqiqətən də “İsteriya tutması “ diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində dispanser qeydiyyatdadır.

Arayış Hacıqabul rayon məhkəməsinə təqdim etmək üçün verilir”. Mən bütün baş verənlərdən sonra Samirədən boşanmaq qərarına gəldim. Və Zərdab rayon məhkəməsinin hakimi Tahir Qubadovun 28 fevral 2017-ci il tarixli qərarı ilə biz boşandıq. Ancaq mən qızım Nurayın psixoloji xəstə olan anasında qalmasına etiraz etdim. Çünki qızımın həyatı üçün hər an təhlükə var.

Axı azyaşlı uşağı psixi xəstənin himayəsinə necə vermək olar? Ancaq təəssüf ki, məhkəmə hakimləri mənim haqlı tələbimi nəzərə almadılar. Və nəticədə Zərdab, Hacıqabul rayon məhkəmələri qanunsuz qərar verdilər. Şirvan Appelyasiya Məhkəməsi isə onların qərarını 17 iyul 2018 ci il tarixdə təsdiq etdi. Təsəvvür edirsiniz 10 dəfə keçirilən məhkəmə proseslərinə qarşı tərəf 1 dəfə də olsun gəlməyib. Və hakimlər qarşı tərəfin iştirakı olmadan qərar veriblər.

Mən ədliyyə naziri, Məhkəmə- Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovda xahiş edirəm ki, qanunsuz məhkəmə qərarları ləğv edilsin və işə qanuni baxılsın”.

Son xəbərlər