Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Xətai rayonunda oğurluğa görə 3 nəfər saxlanılıb

08.08.2018 17:48 5 030
Xətai rayonunda oğurluğa görə 3 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də Bakı şəhər sakini R.Musayevə məxsus “Mercedes” markalı avtomobildən 2250 manat oğurlayan paytaxt sakini olan bir yeniyetməni saxlayıblar.

Bundan başqa, Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da rayon ərazisindəki evlərin birindən 2 ədəd televizor, noutbuk, DVD, tuner və 3 ədəd qol saatı oğurlayan İsmayıllı rayon sakini Fəxri Süleymanov saxlanılıb.

Xətai Rayon Mühafizə İdarəsi (RMİ) və 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən, ötən gün Babək prospektində yerləşən marketdən, Bakı şəhər sakini A.Səmədovaya məxsus içərisində 45 manat və mobil telefon olan pul kisəsini oğurlayan paytaxt sakini Mehman Aslanov saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq gedir.скачать dle 11.3

Son xəbərlər