Mojo.az Banner
17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |    
Mojo.az Avto
Mojo.az Avto

Tolikdən Elnarəyə: "Röyanın ali savadı olmasa da, çoxlarından yuxarıdadır "

08.08.2018 17:45 2 714
Tolikdən Elnarəyə:
Tanınmış prodüser, aparıcı Tarix Əliyev iki məşhur müğənni arasında yaşanan qalmaqala münasibət bildirib.

Müğənni Elnarə Xəlilovanın son paylaşımında adının hallandığını görən prodüser susmayıb.

Tolik şəxsi "Instagram" hesabında bunları yazıb:

"Mən bəlkə də bunu yazmayacaqdım, amma Elnarə Xəlilova, sənin paylaşımından sonra yazdım ki, lap əmin olasan. Allah insan qəlbini görür və onun müqabilində insana ruzi verir. Əməllərində kin, paxıl insanlar heç vaxt qabağa getmir. Bu gün mən veriliş aparıramsa və Röya ilə dostamsa, bu o demək deyil ki, verilişimizdə kiminsə sifarişi ilə mövzu qoyulur. Mən Allaha and içirəm ki, heç bu mövzu haqqında Röya ilə danışmamışam. 2 bacıma qurban olsun bu dünyanın malı, onlar mənə hamıdan əzizdir. Amma sən burdan haqqımızda girdin. Mən heç Röya ilə 3 gündür danışmamışam ki, deyim nəysə.

Mövzu ona görə qoyduq ki, sənin paylaşımından sonra aktual oldu bu mövzu. Sənin bir pis xasiyyətin var ki, canım, sən illərlə ürəyində gizlətdiyin fanatlığını indi-indi üzə çıxardırsan. Mən vaxt var idi "Cinema club"da ofisiant işləyəndə ora Aygün Kazımova gələndə ona çay, kofe verirdim. Amma həyatdır. Elə oldur ki, prodüseri də oldum, şəxsən verilişimdə qonaq oldu. Həyat belədir! Bu gün səndə, sabah məndə! Röya sənin paltarını geyinə bilər, amma gör necə oldu ki, 3 nəfərin içində dediyin ali savadı olmasa da, sizdən zəif, kasıb olsa da, bu gün çoxlarından yuxarıdadır və dediyin kimi əməkdarların əməkdarıdır. Çünki bu adı illərlə əziyyət çəkib konsertlər verərərək, evi, bağı, maşını, cangüdəni olmalı vaxtı, pullarını sənətə tökərək, zəhmətinin bəhrəsini gördü.

Röya bəziləri kimi sevgili sözü ilə sənəti atıb, kef-damağa qaçmadı, sevgilinin yerinə sənəti seçdi. Və bu gün plaqiat da oxusa, millionların sevimlisidir. Amma qaldı sifarişə, buna tam əmin ola bilərsən, Xəzər TV heç kimin sifarişi ilə iş görmür. Eləyə qalsaydı, mən gərək çoxdan efirdən gedərdim. Amma vallahi elə deyil. Kstati, mənim də ali təhsilim yoxdur, amma bir çox təhsilli aparıcılardan yaxşı mövzular qoyub veriliş aparıram".

Qeyd edək ki, bir neçə saat əvvəl müğənni Elnarə Xəlilova prodüseri apardığı verilişdə sifarişli mövzular müzakirə etməkdə ittiham etmişdi.//baku.wsскачать dle 11.3
Mojo.az Banner