Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Röya və Elnarə arasında qalmaqal: Canlı ölüləri hara qoyacam? - FOTO/VİDEO

07.08.2018 12:27 7 134
Röya və Elnarə arasında qalmaqal: Canlı ölüləri hara qoyacam? - FOTO/VİDEO
Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilova arasında qalmaqal yaşanıb.

Buna səbəb Röyanın ötən gün çıxardığı “Mənə sevgindən bəhs et” adlı mahnıya görə baş verib.

Belə ki, Xəlilova Röyanın mahnısının plagiat olduğuna işarə vuraraq Uitni Hyusotunun “I have nothing” mahnısını “Instagram” hesabında paylaşıb.

Əməkdar artist isə ona “Instagram Story”də cavab verib:

“Məni dindirmə. Qarabağlılara hörmətim var, pozma. Elnarə xanım, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var, çünki təhsilinizin çətin dönəmində Allah məni sizə yetirib.

Hara, necə, nə cür olduğunu xırdalamayaq. Onu kənara qoydum. Axı siz hər şeydən xəbərdar, bilikli bir insansınız. Onda Cenifer Lopezi çağıraq və soruşaq ki, niyə mahnısına “Lambada”nı salıb? Tam deyil, amma müəyyən dərəcədə oxşarlıq var. Rəhmətliyin mahnısına bənzəməsi isə mənə şərəfdir. Mən canlı ölüləri hara qoyacam?”

Qeyd edək ki, hər iki eks rəfiqə “W-trio” qrupundan ayrılandan sonra aralarında zaman-zaman problemlər yaranıb.//oxu.az

Son xəbərlər