Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif |
Mojo.az Avto
Mojo.az Avto

Dostunu öldürüb daha sonra intihar edən xanəndənin qardaşı həbs edildi

07.08.2018 11:19 5 004
Dostunu öldürüb daha sonra intihar edən xanəndənin qardaşı həbs edildi
Bərdə rayonunda özünü su kanalına ataraq intihar edən xanəndənin qardaşı həbs edilib.

Avqustun 2-də Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində meyiti tapılan xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Hüseynov Elçin Məmməd oğlu cinayəti bilib gizlətdiyi üçün saxlanılıb.

Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 307.3 maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılıb və məhkəmənin qərarı ilə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. E.Hüseynov Gəncə şəhərində yerləşən istintaq təcridxanasına göndərilib.

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(Report)

Son xəbərlər