Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Unikal rəsm Şuşanın mərkəzinin bərpasında yardımçı olacaq - FOTO

06.08.2018 12:49 6 346
Unikal rəsm Şuşanın mərkəzinin bərpasında yardımçı olacaq - FOTO
İşğal altındakı torpaqlarımız azad edildikdən sonra Şuşanın mərkəzi meydanı olan “Meydan bulağı” ərazisinin bərpasında 1962-ci ildə çəkilmiş və bugünədək heç yerdə nümayiş etdirilməyən unikal rəsmdən istifadə ediləcək.

Bu fikirləri oxu.az-a açıqlamasında Azərbaycan Respublikasının əməkdar memarı, Rəssamlıq Akademiyasının professoru, Bakı şəhərinin baş planının müəlliflərindən biri Feyzulla Quliyev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı şəhər və rayonların baş planı var və bu torpaqlar azad edildikdən sonra həmin plan tətbiq olunacaq.

“Misal üçün, mənim əlimdə Xocalının baş planı var. İnfrastruktur, tarixi abidə və sairlərin detallı bərpası... Ümumiyyətlə, torpaqlar işğaldan azad edildikdən sonra həmin rayonlarda mütəxəssis qrupları çalışacaq ki, onlar da baş planda dəyişiklik edəcəklər”, - arxitektor bildirib.




O əlavə edib ki, tarixi abidələrin bərpası işində arxitektorlara dəqiq eskizlər lazım olacaq.

“Misal üçün, “Meydan bulağı”nın şəkli 1962-ci ildə azərbaycanlı rəssam İsa İbrahimov tərəfindən çəkilib. Hazırda həmin ərazi vəhşicəsinə dağıdılıb və çox təəssüf ki, bu ərazi ilə bağlı keyfiyyətli şəkil yoxdur.

Rəssamın Şuşanın mərkəzini detallı göstərdiyi rəsmlə “Meydan bulağı”nı bərpa etmək mümkün olacaq”, - Quliyev qeyd edib.

Oxu.az bu rəsmi İsa İbrahimovun oğlunun evindən tapmağa nail olub.




İbrahimov bu rəsmi Şuşada olarkən çəkib. Rəssam məscid və küçələrin bütün incəliklərini nəzərə alıb.

Son xəbərlər