Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın Qərbə embarqosundan Azərbaycan qazandı

06.08.2018 12:29 2 170
Rusiyanın Qərbə embarqosundan Azərbaycan qazandı
MDB ölkələri, o cümlədən Azərbaycan Rusiyanın Qərbə qarşı tətbiq etdiyi ərzaq embarqosundan qazanıb.

Median.Az
xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyində yayımlanan yazıda məlumat verilib.

Qeyd edilib ki, buna görə MDB ölkələri Rusiyaya ərzaq idxalını artıra biliblər.

Məsələ ilə bağlı “RİA Novosti” ilə fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanlı fermer və istehsalçılar üçün böyük imkanlar yaranıb.

“Rusiya və Qərb arasında münasibətlərin gərginləşməsi və qarşılıqlı sanksiyaların tətbiqi qonşu ölkələr üçün imkanlar yaradır. Azərbaycan, əlbəttə ki, bu vəziyyətdə dividendə malikdir”, - ekspert bildirib.

Onun sözlərinə görə, Rusiyaya kənd təsərrüfatı mallarının ixracında əhəmiyyətli dərəcədə artım var.

“Rəsmi məlumatlara görə, son altı ayda ixrac 19 faiz artıb. Azərbaycanlı fermer və istehsalçılar üçün Rusiya bazarına çıxış üçün böyük imkan yaranıb. Belə bir tələbat ortaya çıxıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanda böyük potensial var”, - ekspert qeyd edib.

İqtisadçı İlqar Vəlizadə hesab edir ki, sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün müəyyənedici deyil, stimullaşdırıcı rol oynayır.

“Azərbaycan iqtisadiyyatı bütövlükdə qonşu dövlətlərin və bölgələrin iqtisadiyyatı ilə sıx əlaqədədir. Rusiya bazarı Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir”, - o əlavə edib.

Vəlizadənin fikrincə, respublikada aqrar sahənin ixrac potensialı bir çox hallarda Rusiya bazarının tələbatı hesabına formalaşır.

“Və sanksiyalar burada müəyyənedici deyil, stimullaşdırıcı rol oynayır. Ötən il meyvə-tərəvəz məhsullarının ixrac həcmi əvvəlki illə müqayisədə 45 faiz artıb. Azərbaycandan meyvə və tərəvəzlərin ixracının, demək olar ki, 90%-i Rusiya bazarının payına düşür”, - o bildirib.

Rusiya ilə Qərb ölkələri arasında münasibətlər Ukraynadakı və Krım ətrafındakı vəziyyətlə əlaqədar gərginləşib. Qərb Rusiyaya qarşı sanksiyalar irəli sürüb.

Moskva 2014-cü il avqustun 6-da buna qarşı cavab tədbirləri ilə bağlı qərar qəbul edib.

Son xəbərlər