Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bakının mərkəzində bina sakinləri ilə dönərxana sahibinin mübahisəsi məhkəməyə çıxdı - FOTO

04.08.2018 15:22 2 719
Bakının mərkəzində bina sakinləri ilə dönərxana sahibinin mübahisəsi məhkəməyə çıxdı - FOTO
Səbail rayonu, Rəsul Rza küçəsi, 19-da yaşayan sakinlərlə eyni binada yerləşən dönərxana sahibinin illərdir davam edən münaqişəsi məhkəməyə qədər uzanıb. Sakinlər binanın yeganə giriş hissəsində yerləşən dönərxananın sökülməsini, kommersiya məqsədli obyekt üçün verilmiş sənədlərin ləğv edilməsini istəyirlər.

Şəhərin mərkəzində – “Malakan” bağının bir addımlığında yerləşən binanın 1861-ci ildə inşa edildiyi güman edilir. Redaksiyamıza müraciət edən sakinlər deyirlər ki, 157 yaşlı binanın yalnız bir girişi var. Obyekt də binanın giriş hissəsində tikilib, gediş-gəlişə mane olur. Qəza və ya fövqəladə hal baş verərsə, sakinlərin təxliyyəsi, yanğın, yaxud təcili yardım maşınlarının binaya girişi mümkün olmayacaq.


“Obyekt həftənin 7 günü 24 saat işləyir, səs-küydən evdə oturmaq mümkün deyil. Obyektin boruları həyətə açılır, daim yağ damır, ətrafa iy yayılır. Məhəllədə çox çirkin mənzərə yaranıb”, – sakinlər bizə ünvanladıqları müraciətdə bildiriblər. Onların sözlərinə görə, şəhərin mərkəzində obyekt işlədib yaxşı qazanc götürmək olar, amma sakinlərin hüquqlarına da hörmət etmək lazımdır.

Obyekt sahibi məhkəmə vasitəsilə qeydiyyatdan çıxarış (“kupça”) alıb. Qeyd edək ki, Tərəflərin mübahisəsinə avqustun 8-də Ali Məhkəmədə hakim İlqar Dadaşovun sədrliyi baxılacaq.//virtualaz.org

Son xəbərlər