Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Güləşçimiz Avropa çempionatında medal qazanıb

04.08.2018 14:21 6 528
Güləşçimiz Avropa çempionatında medal qazanıb
İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Çempionatda gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb.

Güləşçilərimizdən yalnız biri qitə çempionatını medalla başa vurub. 53 kq-da mübarizə aparan Tatyana Vorontsova İtaliya və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib.

Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana finala yüksəlib. Dünən o, həlledici görüşdə Türkiyə idmançısı Zeynəp Yetgilə 0:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Dünən həmçinin 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində kişi sərbəst güləşçilər mübarizəyə qoşulub.

70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.

79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

97 kq-da mübarizə aparan Əliməhəmməd Alixmoyev də bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Rusiya idmançısı olacaq.

57 kq çəkidə yarışan Əliabbas Rzazadənin bürünc medal qazanmaq şansı var.

Qeyd edək ki, final görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.//oxu.az

Son xəbərlər