Mojo.az Banner
14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |     13:31 Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq  |     23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İnsan alverində təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

03.08.2018 14:22 6 535
İnsan alverində təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyal Ələkbərov və Zəhra Quliyevanın CM-nin 144.2.1-ci (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra hakim təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Xəyal Ələkbərov və Zəhra Quliyeva ittiham üzrə özlərini təqsirli bilməyiblər.

İttiham aktına əsasən, X.Ələkbərov və Z.Quliyeva qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan 5 qadını cinsi istismara məruz qoyublar. Belə ki, Bakıda Ələkbərov zərərçəkmişlərə Türkiyədə yüksək əməkhaqqı olan işlə təmin edəcəyini söz verib, İstanbulda isə Quliyeva qadınları qarşılayaraq, onlara məxsus xarici pasportlarını əlindən alıb. Zərərçəkmişləri müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağa məcbur ediblər. Hər iki şəxs daxil olmuş şikayətlər əsasında DİN İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Prosesdə zərərçəkmişlər iştirak etməyiblər.

Növbəti proses avqustun 9-na təyin edilib.скачать dle 11.3
Mojo.az Banner