Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Polad Bülbüloğlunun qardaşına və digərlərinə qarşı dələduzluq edən şəxsə hökm oxunub

26.07.2018 13:16 4 453
Polad Bülbüloğlunun qardaşına və digərlərinə qarşı dələduzluq edən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məmməd Nəsibovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, Məmməd Nəsibov vətəndaş İradə İsmayılovaya Suraxanı rayonunun Hövsan qəsənəsində 15 sot sənədsiz torpağı 21.500 manata satıb, Çingiz Məmmədovun isə 200.000 manat pulunu alaraq, ona Abşeron rayonunda fərdi yaşayış evi tikdirəcəyini söz verib. Həmçinin o, Adilə Məmmədovanın 120.000, Gülnaz Xayirovanın 43.000, Bahar Ələkbərovanın 17.000 və Bəhram Namazovun 28.100 manat pulunu ələ keçirib.

İstintaqın gedişatında məlum olub ki, zərərçəkmişlərdən biri - Ç.Məmmədov Azərbaycan Respublikasının bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər