Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azpetrol”dan açıqlama – 68 litrlik çənə 75 litr benzin vurmaq olar

18.07.2018 11:41 5 573
“Azpetrol”dan açıqlama – 68 litrlik çənə 75 litr benzin vurmaq olar
Şirkətdən bildiriblər ki, “Azpetrol” müştərilərinə yüksək xidmət göstərir

Dünən sosial şəbəkələrdə yayılan videoya “Azpetrol” şirkətindən cavab verilib. Avtosfer.az saytının yaydığı həmin videoda sürücü 68 litr tutumu olan yanacaq çəninə 75 litr benzin vurulmasına etiraz edirdi. “Azpetrol”dan Avtosfer.az-a göndərilən açıqlamanı olduğu kimi təqdim edirik:

“15.07.2018 il tarixində “Azpetrol”un “Spartak YDM”- də BNW markalı avtomobilin sahibi operatora yanacaq çəninin tam doldurulmasını sifariş edib. Operator tərəfindən müştərinin avtomobilinə 75 litr yanacaq vurulub. Belə olan halda müştəri: “maşınımın yanacaq çəni 68 litr tutduğu halda, necə olur ki, çənə 75 litr yanacaq vurulur” - deyə şikayətlənib. Müştərinin şikayəti Şirkətin səlahiyyətli nümayəndələri tərəfindən dərhal araşdırılıb və müştəriyə bu barədə geniş açıqlama verilib. Belə ki, bir daha istehlakçıların nəzərinə çatdırırıq ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurulmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi dolmasını istəyir. Mütəxəssislərin fikrincə, bu da avtomobilin markasından asılı olaraq yanacaq çəninin normadan (10-15%) artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Bu kimi məlumatlara müxtəlif saytlarda da rast gəlmək mümkündür. Məsələn, http://www.ptk.ru/node/108357; http://autoportal.ua/articles/chtobudetesli/26832.html ;  https://www.autocentre.ua/opyt/toplivo/skolko-topliva-pomeshhaetsya-v-bak-394300.html; və s.

//avtosfer

Son xəbərlər