Mojo.az — elanlar
RU
Son Xəbərlər
22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |    
Mojo.az Avto
Mojo.az Avto

"Royal Petrol"da maşının 45 litr tutumu olan çəninə 47 litr benzin vurdular - VİDEO

19.07.2019 22:36 5 227
Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Royal Petrol" yanacaq doldurma məntəqəsində 45 litr yanacaq tutumu olan "Toyuta Prius" (2008) modelinə 47 litr benzin vurulub.

Paytaxt sakini İlkin Əsədov BAKU.WS-ə ünvanladığı şikayətində bildirir ki, sözügedən yanacaq doldurma məntəqəsində aldadılıb.

"10-15 litr yanacaqla məntəqəyə girmişəm, deyirlər ki, 45 litrlik çənə 47 litr benzin vurublar! Bu vicdansızlığın cəzası nədir? Dərdimizi kimə deyək? Göz görə-görə oğurluqdur, cibgirlikdir. Xahis edirəm dəstək olun, tədbir görülsün!"-yazaraq, oxucumuz bizdən kömək istəyib.

Oxucumuz bu gün - 19.07.2019 tarixində saat 14:30-da aldadıldığını və bunu sübut edən qəbzin mövcud olduğunu deyir.

Qeyd edək ki, "Toyota Prius" avtomobilinin əksər modellərində yanacaq tutumu maksimum 45 litrdir.

"Royal Petrol" yanacaq doldurma məntəqəsinin səlahiyyətli şəxslərindən məsələyə münasibət öyrənmək istəsək də, cəhdimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Son xəbərlər