Qarabağda yaralandı, erməni əsirliyində qaldı – İndi isə parklarda gecələyir – DƏHŞƏT DOLU HEKAYƏ (FOTOLAR) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 "Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib  |     22:47 Hər il on minlərlə insanı öldürən böyük təhlükə  |     22:41 İxtisas seçimi: kimlər boş qalan yerlərə müraciət edə bilməz?  |     22:34 Qalmaqallı kosmetoloqla bağlı məhkəmə qərarı  |     22:27 Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı  |     22:22 Avropa ölkəsi məktəbli qızlara hicab taxmağı qadağan edir  |     22:17 Ötən il həbs edilən cərrah azadlığa buraxıldı  |     22:10 Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi  |     22:04 "Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi  |     21:58 Bakı binaları zəlzələyə davamlıdırmı? - Ekspertdən açıqlama  |     21:51 Yeni tələbələri rektorsuz qarşılayan universitetlər  |     21:44 Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər  |     21:36 İsveçrə F-35 təyyarələri sifariş etdi və tələyə düşdü: Ekspertlər nə baş verdiyini izah edir  |     21:30 Alimlər Yupiterin dəqiq yaranma tarixini müəyyən etdilər  |     21:21 Qardaşına 6 milyonluq villalarını verdi - Barışdılar  |     21:13 Xərçəng yaşı cavanlaşır - Ötən il 393 gəncdə aşkarlanıb  |     21:06 “ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq  |     21:00 Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - Video  |     20:53 Tayvanda 6 maqnitudalı zəlzələ olub  |     20:47 Tərtərdə cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar  |    

Qarabağda yaralandı, erməni əsirliyində qaldı – İndi isə parklarda gecələyir – DƏHŞƏT DOLU HEKAYƏ (FOTOLAR)

Dağlıq Qarabağ münaqişəsi zamanı başından güllə yarası alan, Xocalıda 2 ilə yaxın erməni əsirliyində olan Leyla Sayadova həyat yoldaşı və 4 azyaşlı uşağı ilə birgə küçələrdə yaşayır.

Onlar 3 aydır ki, çətinliklər içərisində ömür sürür. 6 nəfərdən ibarət ailə Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində yerləşən parkda, binaların girişində və yaxınlıqdakı zeytunluq bağında gecələyirlər. Onlar bundan əvvəl 8 il “Heydər” məscdinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı yarım tikilidə yaşayıblar. Həmin bina söküldükdən sonra yenidən əziyyətlərə qatlanıblar.

Ailənin başçısı Tarverdi Sayadov deyir ki, döymədikləri qapı, üz tutmadıqları dövlət qurumu qalmayıb. Lakin onların səsinə hay verən, imdadına yetişən olmayıb. Onun sözlərinə görə, bu ilin yanvar ayında bina söküldükdən sonra onları Binəqədidə köhnə “Sərdarov” zavodunun arxasında yaşayış evlərindən birinə kirayə köçürüblər:

“Bizə dedilər, burada qalın, sizin kirayə pulunu da verəcəyik, müəyyən müddətdən sonra yaşayışla təmin edəcəyik. Vaxt tamam oldu, amma vədlərinə əməl etmədilər. Qaldığımız evin sahibi Rusiyada yaşayır, onun bacısı ilə məsul şəxslər danışıb bizi oraya köçürmüşdülər. Kirayə pulu ödəmədikləri üçün evdən çıxarıldıq. Müəyyən xırda əşyalarımız həmin ünvanda qalıb. İndi isə harada gəldi yaşayırıq”.

Sayadov deyir ki, müvafiq qurumlarda onları qəbul ediblər. O, Şamaxı şəhərində qeydiyyatda olduğu üçün həmin ərazi üzrə yönləndirilib. Lakin problemlərinin həlli üçün heç bir addım atılmayıb.

“Vallah, “Qaçqınkom” daxil olmaqla bütün quruma müraciət etmişik. Bizə yalnız burada yaşayan insanlar kömək edir. Biri çörək, digəri su verir, başqası paltar gətirir. Belə çətin vəziyyətdə yaşayırıq, sənə qurban olum” – Tarverdini qəhər boğur.




O deyir ki, ikinci sinfə getməli olan qızı təhsilsiz qalıb, balaca oğlu Miryusif isə hepatit xəstəliyindən əziyyət çəkir.

Bu yerdə Leyla Sayadova asta səslə bir gözünün görmə qabilliyyətini itirdiyini, kəllə sümüyünün yarısının süni plastmasla əvəzləndiyini söyləyir. Digər gözünün isə çox zəif gördüyünü, həkimlərin ona dediyinə görə, gələcəkdə tamamilə işıqlı dünyadan məhrum olacağını bildirir.

O, başını aşağı salaraq fikirli halda “Başım bu vəziyyətdə olmasaydı, kimlərinsə qarşısında özümü alçaltmazdım. Balalarıma gün ağlayardım. Bir müddət bizim kimi problemi olan ailələrlə birgə idarələrə getdik, sonra hamının hər şeydən əli üzüldü” deyir.




Leyla xanım işləyib pul qazanmaq və kirayədə yaşamaq üçün məşğulluq idarəsinə müraciət edib. Amma ona əlilliyindən dolayı bunun mümkün olmadığını bildiriblər.

“Məsləhət görürlər ki, uşaqları kimsəsizlər evinə yerləşdirim. Körpələrimi neçə illərdir çətinliklə böyütmüşəm, necə onları yad əllərə verə bilərəm?! Mənə söz verən vəzifəli şəxslərə səslənmək istəyirəm. Balalarımı çöllərə tökdülər, axı söz vermişdilər…” – Leyla xanım göz yaşlarını saxlaya bilmir.

Ailə xeyirxah insanların köməyindən əlavə Sayadovanın əsirlikdə aldığı ağır yaraya görə, ona ayrılan 140 manat pensiya ilə dolanır.

Onlar ümidsizlikdən yalnız xeyirxah insanlardan kömək umur. Ailənin dövlət qurumlarının imdadına yetəcəyinə inamı qalmayıb.//minval.info








скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 840 13.07.18 16:56