Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Binanın blokunda iki qadını bıçaqlayan quldura hökm oxunub

09.07.2018 13:31 1 884
Binanın blokunda iki qadını bıçaqlayan quldura hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran şəhər sakini Şəhriyar Əlizadənin CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il avqustun 30-da Qara Qarayev prospektindəki yaşayış evlərindən birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Salmanova və Elnarə Mikayılovanı bıçaqlayıblar. Zərərçəkənlər ağır vəziyyətdə 3 saylı kliniki xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas ediblər. Həmin gün Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları isti izlərlə şübhəli şəxs qismində Şəhriyar Əlizadəni saxlayıblar.

Araşdırma zamanı qeyd edilən cinayətlərin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nigahda yaşayan və zərərşəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb. Lakin istintaqın gedişatında o iş üzrə şahid kimi tanınıb və sərbəst buraxılıb. Məlum olub ki, qadınlar eyni barda işləyirlər.


Şəhriyar Əlizadə barəsində ilkin olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, lakin sonra onun əməli CM-nin 181.3.3-cü maddəsinə tövsif olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Son xəbərlər