Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü |
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Vəziyyət Allahın və prezidentin ümidinə qalır

03.07.2018 12:46 2 463
Deputat: Vəziyyət Allahın və prezidentin ümidinə qalır
Biz hansı situasiyaya hazırıq ki?!

Bunu oxu.az-a açıqlamasında millət vəkili Fazil Mustafa iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı ölkənin zülmətə qərq olması, ölkə prezidentinin vəziyyətə operativ reaksiya göstərməsi, vəziyyətə nəzarəti üzərinə götürməsi fonunda bəzi qurumların yaranmış fövqəl, ekstremal situasiyaya hazır olmaması məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, axırıncı hadisə də daxil olmaqla, son zamanlar yaşanan bəzi hadisələr bir çox məmurların, kadrların öz yerində olmadığını, vəzifələrinin məsuliyyətini anlamadıqlarını və anlamaq istəmədiklərini bir daha ortaya qoymuş oldu.

“Bir körpünü, bir yolu bağlayırsan, ölkə, paytaxt iflic vəziyyətinə düşür, insanlar zülüm çəkir. “Müharibə vəziyyətindəyik” deyirik, amma ona hazırıqmı? Haradasa bir sığıcanaq varmı? Binalarda sığınacaq yerləri mövcuddurmu? Binaların altı dolu, nə həyət var, nə maşın saxlamaq, hərəkət etmək üçün yer.

Bu yaxınlarda ölkədə sel, daşqın fəlakəti yaşandı, Göyçay rayonu az qala ikiyə bölündü, amma biz vəziyyətə hazırlıqlı olduqmu? Enerjidə də, ölkənin energetika sektorunda da, enerji təhlükəsizliyində də həmin vəziyyətdir. “Azərenerji” nə işlə məşğuldur, bilinmir. Tam iflic… Fərqli heç nə yoxdur.

Yazıq Mingəçevir neyləsin ki?! Onun da altı artıq boşalır, oradan o qədər qum-çınqıl çıxarılıb ki, şəhər artıq tab gətirmir. Biz ancaq pulu düşünürük, axırı da belə olur. Hər şeyi çoxları kimi ürək ağrısı ilə seyr edirik, ekstremal vəziyyətlərdə insanlar necə hərəkər etməli, necə davranmalıdır, heç kim heç nə bilmir.

Vəziyyət Allahın və prezidentin ümidinə qalır. İnsanlar ancaq Allahdan və ölkə rəhbərindən ümidlə gözləyirlər ki, qorxulu nəsə baş verməsin, yoxsa hər şey bir-birinə qarışar.

Bunlar tam məmur, kadr məsuliyyətsizliyinin göstəricisidir və onlar layiqli cəzalarını almalıdır”, -deyə millət vəkili əlavə edib.

Millət vəkili Eldəniz Səlimov gecə baş verənlərdən, bəzi qurumların ölkədə ekstremal, fövqəl situasiyaya hazır olmamasından, vəziyyəti düzgün anlamadıqlarından və qiymətləndirə bilməməklərindən narahatlıq ifadə edib:

“Gecə baş verənlər, təbii ki, qəza hadisəsi idi. Düzdür, bəziləri bunu haqsızcasına başqa yerlərə yozmağa, təxribatla, filanla əlaqələndirməyə cəhd etdi və etməkdədirlər, xüsusilə də, sosial şəbəkələrdə bu yöndə əsassız fikirlər səslənir, çoxları nə baş verdiyinin fərqinə varmadan həqiqətə uyğun olmayan mülahizələr səsləndirirlər, amma bilinən, reallıq və fakt odur ki, ölkədə vəziyyət tam nəzarətdədir.

Xüsusilə, Azərbaycan prezidenti cənab Əliyev ölkədəki vəziyyətə tam nəzarət edir, hüquq-mühafizə orqanlarımız ayaqdadırlar, ayıq-sayıqdırlar və təxribat ehtimalı sıfırın altındadır. Yəni, Azərbaycan tam stabildir və kimsə də buna şübhə edə bilməz. Amma bəzi qurumlar və məmurlar var ki, ölkə prezidenti kimi vəziyyətə vaxtında, adekvat reaksiya verə bilmirlər. Onlar bu məsələdə ölkə prezidentdən hələ çox şeylər öyrənməlidirlər.

Bir şey nəzərə alınmalıdır ki, Azərbaycan müharibə vəziyyətindədir, 30 ildir ki, amansız və məkrli bir düşmənlə üz-üzəyik. Onlar hər şeydən yararlanmaq üçün an, fürsət gözləyirlər. Yenə deyirəm, ölkəmiz, sərhədlərimiz, təhlükəsizliyimiz əmin əllərdədir, amma müharibə gerçəkliyini də hələ anlamayanlar var.

Onlar anlamalıdırlar ki, hər şeyi prezidentin, hüquq-mühafizə orqanlarının, güc strukturlarının üzərinə atmaq olmaz, özləri də məsuliyyətlərini, vəzifələrinin məsuliyyətini anlayıb, dövlətə, xalqa, ölkə prezidentinə nəhayət, yardımçı, kömək olmalıdırlar.

Əgər bunu etmək istəmirlərsə, çəkilib kənarda dayanmalıdırlar, “tormozlayıcı” olmamalıdırlar. Güman edirəm ki, son hadisə onlara da bir dərs olacaq və gələcək addımlarında bunları mütləq nəzərə alacaqlar.

Çox sevindirici haldır ki, ölkə prezidentinin vəziyyətə əl qoyması ilə qısa zaman ərzində hər şey yoluna qoyuldu, insanlarımız nigarançılıqdan və intizardan qurtarıldı”.

Son xəbərlər