Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məmur şəhid anasını söydü, kənd camaatı onu DÖYDÜ

29.06.2018 16:26 4 391
Azərbaycanda məmur şəhid anasını söydü, kənd camaatı onu DÖYDÜ
"Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilir. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir.

Median.Az
minval.info-ya istinadən xəbər verir ki, filial sədrinin Səmədabad kənd sakini Sənəm Əliyevanı təhqir etdiyi bildirilir.

İddiaya görə, Sədaqət Ağayev bir neçə gündür ki, rayonun adıçəkilən kəndində taxıl biçini aparan kombaynın işini yarımçıq saxlayıb. O, ağır texnikanı idarə edən şəxsə Tanrıqullar kəndində olan dostunun sahəsində iş görməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinləri kombaynın qarşısını kəsərək kənddən çıxmasına əngəl olublar.

Sədaqət Ağayevin isə onların narazılığına məhəl qoymadığı bildirilir. Məlumata görə, filial sədri deyib ki, kombayn 10 gün belə istifadəsiz qalar, amma Səmədabad kəndində taxıl biçini işləri aparılmasına icazə verilməyəcək.

Daha sonra kənd sakinləri ondan şəhid ailəsi olan Sənəm Əliyevanın sahəsinin biçilməsini xahiş ediblər. Lakin S.Ağayev onlara sərt cavab verərək S.Əliyevanı təhqir edib. Hətta onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü deyilir. Bu söyüşdən qəzəblənən sakinlər filial sədrini döyüblər.

"Aqrolizinq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, hadisə araşdırılır: "Bölgələrdən daxil olan müraciətlər əsasında şikayətlərə baxılır. Lakin Səmədabad kəndindən heç bir müraciət olunmadan belə hadisə baş verib. Qurum şəhid ailələrinin işinə daha tez baxır. Hadisənin nə səbəbdən və necə baş verdiyi araşdırılır”.

Son xəbərlər