Mojo.az — elanlar
Son Xəbərlər
11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi liseylərdə təhsil müddəti azaldıldı

29.06.2018 12:36 1 587
Hərbi liseylərdə təhsil müddəti azaldıldı
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti azaldılıb.

Bu, Nazirlər Kabinetinin “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

İndiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edib. Liseylərin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul ediliblər. Liseylərə qəbul müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilib.

Dəyişikliyə əsasən liseylərdə təhsil müddəti 2 il olacaq və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək. Müvafiq olaraq liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər.

Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

İndiyə qədər liseylərin rəisi liseyə dövlət qulluqçusu olmayan mülki şəxsləri Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və işdən azad edib. Bundan sonra isə liseylərin rəisi mülki işçiləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edə biləcək.

Dəyişikliyə əsasən liseylərin Müdafiə Nazirliyinin və Liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək vəzifəsi ləğv edilib.

Son xəbərlər