Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Elman Rüstəmovdan devalvasiya açıqlaması

14.06.2018 12:23 5 289
Elman Rüstəmovdan devalvasiya açıqlaması
Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur.

Bunu Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu il neftin orta qiymətinin 70 dollar təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% yüksəkdir.

Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatlarının artdığını deyən E.Rüstəmov strateji valyuta ehtiyatlarının 2,1 milyard dollar yüksəldiyini bildirib:

“Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli, valyuta təklifi tələbdən yüksəkdir. Bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur”.

MB sədri deyib ki, Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 1,5-1,75%-dən 1,75-2%-ə qaldırması Azərbaycan bazarına birbaşa təsir etmir:

“Bu qərarın funksional olaraq maliyyə əməliyyatları konteksində heç bir təsiri yoxdur”

Son xəbərlər