Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü |
Mojo.az Avto
Mojo.az Avto

İki gəncin həyatına son qoyan “Range Rover”in sürücüsü gizlədilir

13.06.2018 21:16 6 979
İki gəncin həyatına son qoyan “Range Rover”in sürücüsü gizlədilir
Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində dəhşətli qəza baş verib. Qarşı yola çıxan “Range Rover” markalı avtomobil yüksək sürətlə 37 yaşlı Rahid Məmmədovun idarə etdiyi “Ford” markalı, Az 10 HF 590 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Qəza zamanı “Range Rover”in sürəti o qədər yüksək olub ki, hadisədən sonra nəqliyyat vasitəsi yolun kənarındakı dərəyə uçub və alışıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan sonra “Range Rover”in sürücüsü maşından düşüb. Başından yaralanan sürücü maşının nömrələrini açaraq yoldan keçən taksiyə minərək hadisə yerindən qaçıb. “Ford” markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orxan Orucov və sürücü Rahid Məmmədov dünyasını dəyişib. Bəzi məlumatlara görə, qəzada yanan “Range Rover” markalı avtomobilin nömrə nişanı Az 10 XR 009-dur. Bildirilir ki, avtomobilin sahibi hüquq mühafizə orqanlarında çalışır. Bu səbəbdən də onun kimliyi gizlədilir.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu ilə müraciət edib. Bildirilib ki, hazırda araşdırmalar gedir, hadisə yerindən qaçan sürücünün kimliyi aydınlaşdırılır.

Redaksiyaya daxil olan özəl məlumatda isə deyilir ki, dəhşətli qəzadan bir neçə saat sonra “Range Rover” markalı avtomobilin sahibi rəsmi ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edib və maşınının qaçırıldığını bildirib. Məsələnin maraqlı tərəfi budur ki, əgər nəqliyyat vasitəsi qaçırılıbsa, qəza zamanı sükan arxasında maşını qaçıran şəxs olubsa, məntiqlə o, hadisədən dərhal sonra qaçıb canını qurtarmaq haqda düşünməli idi. Amma bu hadisə zamanı belə olmayıb. Başından qan axan sürücü bir əli ilə qanı dayandırmağa çalışıb, digər əli ilə isə maşının nömrə nişanlarını qoparmaqla məşğul olub. Yanan maşının nömrələrini qoparandan sonra isə heç nə olmamış kimi yoldan keçən bir taksiyə əyləşib və aradan çıxıb. Deməli, maşının qaçırılması haqda ərizə elə maşının qaçırılması təsəvvürü yaratmağa hesablanıb. Yəni qəza maşının sükanı arxasında digər şəxsin olması haqda məlumatlar bəri başdan yalandır.

Dəhşətli qəza ilə bağlı araşdırmamız davam edir.

Mənbə: Yeni musavat

Son xəbərlər