Mojo.az Banner
19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |     18:54 Dünyəvi təhsil və vahid məktəbli forması: Ortaq qaydalar nə üçün əhəmiyyətlidir?  |     18:43 Könül Qasımovanın həbs müddəti uzadıldı  |     18:21 Azərbaycanda həkim vəfat etdi - Foto  |     18:19 Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?  |     17:43 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb - Video  |     17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |    
Mojo.az Avto
Mojo.az Avto

Sərxoş sürücü və qız DYP-dən belə qaçdı - VİDEO

05.06.2018 17:21 5 005
Sərxoş sürücü və qız DYP-dən belə qaçdı - VİDEO
Bakıda səhər saatlarında yol qəzası baş verib.

Median.Az
“carclub.az” saytına istinadən xəbər verir ki, qəza “Koroğlu” metro stansiyası istiqamətindən Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfə gedən yolda qeydə alınıb.

Belə ki, “Toyota Camry” markalı, 90 RL 404 dövlət nömrə nişanlı avtomobil 99 YP 366 nömrə nişanlı Dövlət Yol Polisi maşınından qaçarkən yol qəzası törədib.

Oxucumuz tərəfindən göndərilən videodan “Toyota Camry” markalı avtomobilin yüksək sürətlə Qara Qarayev metro stansiyası istiqamətindən yola çıxdığı görünür. Bu zaman kadrda DYP maşını görünür.

Daha sonra hər iki avtomobil yüksək sürətlə videoregistrator olan avtomobildən uzaqlaşırlar. Bir müddətdən sonra Bakixanov qəsəbəsi istiqamətdə döngədə avtomobili artıq qəza törətmiş vəziyyətdə görürük.

Qəza anı videoregistrator tərəfindən çəkilməsə də, şahidlərin sözlərinə görə, avtomobilə ciddi ziyan dəyib. Asfalt üzərində “tormoz” izləri qalıb.

Avtomobil idarəetməni itirərək, bordür və ağaca çırpılıb. Daha sonra maşın dayanıb. Videoda sərxoş olduğu hiss edilən sürücü və sərnişin qızın qəza yerindən uzaqlaşdığı da görünür.

Yol-qəza hadisəsində xəsarət alan olmayıb.скачать dle 11.3
Mojo.az Banner