Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda maraqlı hadisə: Rüşvət vermək üçün 20 min yığdı, onu da dələduz apardı

28.05.2018 14:03 3 687
Azərbaycanda maraqlı hadisə: Rüşvət vermək üçün 20 min yığdı, onu da dələduz apardı
Lombardda yığılıb qalan borclarını bağlamaq üçün ona güvənən insanları hədəf seçib. Toruna düşənlərdən birinə qızıl işinə girişdiyini, Dubaydan qızıl gətizdirib Bakıda satdıracağını, digərinə isə yaşadığı mənzili obyektə çevirmək üçün sənədləşmə işlərində rəsmi icazə alacağına söz verərək pullarını dələduzluq yolu ilə ələ keçirib. Sonda məlum olub ki, nə qızıl biznesində əli, rəsmi qurumlarla əlaqəsi varmış.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sabirabad rayon sakini 52 yaşlı Vüqar Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, V.Hümbətov tanışı Bəşir Məmmədova qızıl alveri ilə məşğul olduğunu, Birləşmiş Ərəb Əmirliklərindən qızıl-zinət əşyaları gətirəcəyini, əldə olunan qazancdan ona da verəcəyini vəd etməklə külli miqdarda pullarını alıb. Digər tanışı Faiq Zeynalzadənin bankda depozitdə pulunun olduğunu bilərək, həmin məbləği də dələduzluq yolu ilə mənimsəyib. Hər iki şəxsə qarşı 2014-cü ildə dələduzluq edən V.Hümbətovun barəsində axtarış elan olunub. O, Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

Təqsirləndirilən Vüqar Hümbətov ifadəsində bir neçə dəfə Bəşir Məmmədovdan borc pul alıb qaytardığını, müqavilə əsasında icarəyə işlətdiyi mağazaya mal almaq üçün lombarda borcu olduğunu, pulu verə bilmədiyinə görə Bəşiri aldadıb ondan pul qoparmaq fikrinə düşüb. Zəng vurub görüşmək istədiyini deyib. B.Məmmədovun idman zalında olduğunu öyrəndikdən sonra yanına yollanıb. Görüş zamanı yalandan Dubaydan qızıl gətizdirmək istədiyini, amma əlində mayası olmadığını deyərək 10 min manat borc pul istəyib: "Qızıl alveri ilə məşğul olduğumu, on gün ərzində Bakıya qızıl gətizdirəcəyimi, xeyri yarı böləcəyimizi dedim. Ertəsi gün Bəşir pulu gətirdi. Həmin puldan lombarda olan borcumun bir hissəsini ödədim, yerdə qalanına isə market üçün ərzaq malları aldım”.

B.Məmmədovun etibarından sui-istifadə edən V.Hümbətov ona qızılların hazır olduğunu, Bakıda satış yerləri ilə danışdığını, əlavə 10 min manat da lazım olduğunu bildirib. Onun sözlərinə inanan B.Məmmədov həmin məbləği də verib: "Lombarda olan borclarımı ödədim. Dubaydan qızıl gətizdirməmişəm, qızıl alveri ilə məşğul olmamışam”.

Həmyerlisi, məktəb illərindən tanıdığı Faiq Zeynalzadə də V.Hümbətovun toruna düşüb. Faiqdən 30 min manat borc istəyən V.Hümbətov onun bankda pulu olduğunu öyrənib. F.Zeynalzadə həmin pula Binəqədidəki mənzilini obyekt kimi işlətmək üçün razılıq alınmasına və sənədləşmə işlərinin aparılmasına görə saxladığını deyib. V.Hümbətov öz növbəsində Bakı şəhər İcra Hakimiyyətində və Binəqədi rayon İcra Hakimiyyətində tanışları olduğunu, bu məsələni düzüb-qoşacağına, icra orqanlarından rəsmi icazə alacağına inandırıb. Onun sözlərinə inanan həmyerlisi ertəsi gün pulu bankdan çıxarıb elə oradaca V.Hümbətova verib.

Zərərçəkmiş Bəşir Məmmədov ifadəsində göstərib ki, bir neçə dəfə borc pul alıb qaytardığına görə V.Hümbətova etibar edib. Onun Dubaydan qızıl gətizdirəcəyinə, qazancı yarı böləcəklərinə, bir sözlə Vüqarın şirkikləndirici vədlərinə inanıb: "İyirmi min manat pulumu alandan sonra telefonları söndürdü. Bir daha Vüqarın nə səsini eşitdim, nə də üzünü gördüm, əlaqəni tamam kəsdi. Vüqar o puldan mənə nəinki qazanc, heç pulun özünü də qaytarmadı. Onun məqsədi məni aldatmaq olub. Sonradan Vüqar haqqında soraqlaşıb öyrəndim ki, heç qızıl alveri ilə də məşğul olmurmuş”.

Zərərçəkmiş Faiq Zeynalzadə ifadəsində Vüqar Hümbətovu uşaqlıqdan tanıdığını, bir dəfə Vüqarın ondan borc pul alıb qaytardığını, bu səbəbdən etibar etdiyini göstərib: "Binəqədi rayonu, M.Cəlal küçəsindəki mənzilimi obyektə çevirmək və dükan kimi istifadə etmək üçün sənədləşmə işləri aparmaq üçün icazə ala bilmirdim. Bankda hesabımda 20 min manat vardı. Həmin pulu sənədləşmə işləri aparmaq üçün saxlamışdım. Vüqar mənə rəsmi icazə ala biləcəyini dedi. Mən də inandım. Pulu bankdan çıxarıb hamısını Vüqara verdim. Vüqar uzağı ay yarıma kimi Bakı şəhər İcra Hakimiyyətindən və Binəqədi rayon İcra Hakimiyyətindən rəsmi icazə alacağına söz verdi. Hər dəfə zəng vuranda "məşğulam, danışıqlar aparılır, razılıq veriblər, narahat olma” deyirdi. Sonradan isə telefonlara cavab vermədi. Vüqarı nə qədər axtarsam da tapa bilmədim”.

Məhkəmənin hökmü ilə Vüqar Hümbətov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər