Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda dilənçilər yeni metodla işləyir - ALDANMAYIN

26.05.2018 13:54 5 525
Bakıda dilənçilər yeni metodla işləyir - ALDANMAYIN
Azərbaycanın demək olar ki, hər yerində dilənçilərlə qarşılaşmağımız mümkündür.

Daha çox metro stansiyalarının çıxışlarında, metro keçidlərində, vaqonlarda, şəhərin hərəkət sıxlığı olan küçələrində, parklarında rast gəlinən dilənçilərin sayı gün keçdikcə azalmaqdansa, daha da çoxalır.

Sovet vaxtı dilənçilik, avaraçılıq cinayət tərkibli əməl hesab olunurdu. Cinayət Məcəlləsində 215-ci maddə vardı və dilənçilik edəni, avaraçılıqla məşğul olanı bu maddə ilə cinayət məsuliyyətinə cəlb edirdilər. Amma müstəqillik əldə etdikdən sonra Avropa konvensiyalarına qoşulduq və indi Cinayət Məcəlləsində belə maddələr yoxdur. Bu səbəbdən də dilənçiləri heç bir məsuliyyətə cəlb etmək olmur. Bu da onların fəaliyyətinin artmasına, çoxalmasına səbəb olur.

İllər əvvələ qədər dilənçilik ancaq yerə uzanmaqda, ya da əl açmaqda özünü göstərirdisə, son vaxtlar vəziyyət dəyişib. Artıq dilənçilər bu yoldan imtina edib, yalanlarla insanlardan pul almağa çalışırlar. Onların yeni “iş metodları” isə ya öz sağlıqlarının , ya da valideynlərinin, övladlarının vəziyyətinin pis olmasıdır. Bəzən isə yol pullarının olmadığını, günlərdir nəsə yemədiklərini qeyd edərək insanlara yaxınlaşırlar.

Əsas məsələlərdən biri isə pul vermək istəmədik də, dilənçilərin insanlardan əl çəkməməsidir, alqışla başlanan söhbət qısa zamanda qarğışla əvəzlənir. Bəzən isə pul ala bilmədiyini görən dilənçilər söyüş söyərək, əlləri ilə insanları vurmaqdan da çəkinmirlər.

Şəhərdə olan dilənçilər turistlərdən də pul almağa çalışırlar. Bu isə ölkəmizə müəyyən qədər olsa belə zərər verir. Bir halda ki, sözügedən dilənçilərin əlləri, ayaqları, sağlıqları yerindədirsə, onlar nə üçün işləmək əvəzinə dilənməyi seçirlər? Ümumiyyətlə, niyə dilənçilərin fəalliyətinə son qoymaq üçün işlər aparılmır?

Ümid edirik, bu məsələ ilə bağlı əlaqəli qurumlar bu problemin həlli üçün çalışacaq.//cebhe.info

Son xəbərlər