Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Deputat: Dilənçilər Bakının gözəlliyinə xələl gətirir

02.05.2018 16:33 4 362
Deputat: Dilənçilər Bakının gözəlliyinə xələl gətirir
Küçə uşaqları, dilənçilər gündən-günə gözəlləşən Bakımızın gözəlliyinə ciddi xələl gətirir.

Bunu millət vəkili Çingiz Qənizadə parlament komitələrinin birgə iclasında deyib.

O qeyd edib ki, dilənçilər daha çox qaraçılar tərəfindən bu qanunsuz fəaliyyətə - fiziki istismara cəlb olunurlar:

“Bakımız da ölkəmiz kimi gündən-günə gözəlləşir, abadlaşır. Odur ki, küçə uşaqları, dilənçilər gözəlləşən Bakımızın ruhuna uyğun deyil. Onları küçələrimizdə görmək adama ağır gəlir və bu məsələ aidiyyəti orqanların diqqətində olmalıdır”.

Millət vəkili Elşən Musayev isə həmkarının dilənçilərlə bağlı fikirlərinə etiraz edib.

Millət vəkili bildirib ki, dilənçiləri, onların cinayətə təhrik olunmasını, fiziki istismara məruz qalmasını təkcə qaraçılarla əlaqələndirmək düzgün deyil:

“Bunu təkcə qaraçılara bağlamaq düzgün və ədalətli olmaz. Dilənçiliyə məcbur edilənlər arasında çoxları var ki, qaraçılar yox, tamam başqaları tərəfindən buna vadar, təhrik olunublar”.скачать dle 11.3
Mojo.az Banner