Mojo.az Banner
21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Rüstəm İbrahimbəyov: "Mən hər bir ermənini düşmən kimi qəbul etmirəm..."

24.05.2018 16:52 6 155
Rüstəm İbrahimbəyov:
İllərlə davam edən anlaşmazlıq

Qarabağ faciəsinə dəfələrlə münasibətimi bildirmişəm. Əksər azərbaycanlılar kimi, hesab edirəm ki, Ermənistanın ərazi iddiaları milyonlarla insanın taleyində əksini tapmış dəhşətli nəticələrə gətirib çıxarıb. Xalqımın acısını hiss edirəm və əminəm ki, gec və ya tez Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.

Bununla belə, Ermənistan rəhbərliyini və təcavüzkar milliyyətçi qrularını ölkəmizə qarşı cinayətlərdə ittiham etsəm də, baş verən hadisələrdə bütün erməni xalqını təqsirli hesab etmirəm və hər bir ermənini düşmən kimi qəbul etmirəm. Bu, uzun illərdir davam edir və məhz buna görə məni "ermənipərəstlikdə" ittiham edirlər. Bəziləri bunu bu təcavüzün xalqımızı düçar etdiyi iztirablara görə ədalətli qəzəblə edirlər. Digərləri yaranmış vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışır, pafoslu-vətənpərvər bəyanatlarının hakimiyyətdəkilərin diqqətini cəlb edəcəyinə və təqdir ediləcəyinə ümid edirlər.

"Qafqaz triosu" filmi 2015-ci ildə çəkilib və çətin ki, kinoşünas Ayaz Salayev ona bu qədər gec baxıb. Filmin səthi-siyasiləşdirilmiş təhlili və mənim ünvanıma filmdə bəhs edilən tarixdən çox-çox kənara çıxan ittihamlar Salayevin məqaləsinin ya "sifarişli" olduğu, ya da məhz bu gün üzərinə diqqət çəkmək üçün ona lazım olduğu barədə qənaət yaradır. Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib; faktları dəyişdirən və diqqəti ikinci dərəcəli hadisələrə çəkən coşğun tənqidçi əsas şeyi görməyib: baş qəhrəman azərbaycanlı Fərhadın xeyirxah davranışı onun uşaqlıq dostunun, Bakı ermənisinin yanlış baxışlarını dəyişdirir.

"Qafqaz triosu" filminin müdafiəyə ehtiyacı yoxdur. Mən filmi görməyənlər üçün öz müəllif fikrimi açıqladım. Yeri gəlmişkən, çoxlarını inandıra bilməsəm, təəccüblənmərəm. Mənim yaradıcılıq həyatım belə alınıb ki, ssenarim əsasında çəkilmiş ilk film, "Bir cənub şəhərində" Azərbaycan xalqına böhtan elan edilib və orada bəhs edilən hekayənin geniş tamaşaçı kütləsi tərəfindən təqdir olunması üçün illər tələb olunub. Azərbaycanın hüdudlarından kənarda şöhrət qazanmış digər nəsr və kino-teatr əsərlərim də ciddi tənqidə məruz qoyulub. Ölkəmizdə Azərbaycan Demokratik Respublikasının faciəvi taleyinə həsr olunmuş ilk tamaşa - 1982-ci ildə mənim pyesim əsasında qoyulmuş "Ultimatum" tamaşası Azərbaycanın qabaqcıl tarixçiləri tərəfindən hamılıqla pislənib və bağlanıb.

Bizdə hakimiyyətin ideoloji məqsədləri ilə üst-üstə düşməyən istənilən fikir düşmən fikir hesab olunurdu və olunur. Amma zaman keçir və kəskin tənqidə məruz qalan şeylərin çoxu artlq qəbul olur. Məsələn, yaxın keçmişdən bəri respublika mətbuatında ermənilərin Azərbaycana sıxlaşan səfərləri razılıqla qarşılanır. Bu, nəhayət, nə vaxtsa Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına nail olacağımızın, beynəlxalq normalara uyğun olaraq, Qarabağ ermənilərin də Azərbaycan vətəndaşı kimi qayıdacağının dərk edilməyə başladığını göstərir. Və istənilən ermənini düşmən elan edənlər istər-istəməz yerli əhalinin düşmən münasibəti ilə əlaqədar Azərbaycan ərazisində ermənilərin yaşamasının qeyri-mümkün olduğunu iddia edən ideoloji düşmənimizə kömək edirlər. "Qafqaz triosu" filmi bu dəlilə etiraz edir, düşmən ölkələrin nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir. Və mən inanıram ki, bu gün müxtəlif səbəblərdən bu açıq-aşkar həqiqəti qəbul etməyənlər gec və ya tez onu dərk edəcəklər.

Mənbə: Facebook
скачать dle 11.3
Mojo.az Banner