Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Tanınmış jurnalist azadlığa buraxıldı

23.05.2018 14:32 1 762
Tanınmış jurnalist azadlığa buraxıldı
"Azel.tv" saytının təsisçisi və redaktoru Əfqan Sadıqov sərbəst buraxılıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, o, mayın 22-də azadlığa çıxıb.

Qeyd edək ki, "Azel.tv" saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Ə.Sadıqov icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə təqsirləndirilsə də, ittihamı qəbul etmir.

O, 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin qərarı ilə onun cəzası bir il azaldılıb.

Xatırladaq ki, 2017-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətinin keçmiş, Yasamal Rayon İcra Hakimiyyətinin indiki başçısı Əziz Əzizov xüsusi ittiham ilə məhkəməyə müraciət edib. İcra başçısı jurnalisti ona qarşı böhtan yaymaqda günahlandırıb. Lakin Ə.Əzizov Cəlilabad Rayon Məhkəməsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini geri götürüb.

Son xəbərlər