Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video |
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunun bəzi stansiyalarının adları dəyişdirilə bilər

22.05.2018 17:29 2 494
Bakı metrosunun bəzi stansiyalarının adları dəyişdirilə bilər
Adları sovet dövründən qalan "İnşaatçılar", "Ulduz", "Xalqlar dostluğu" metrostansiyalarının adları dəyişdirilə bilər.

Eyni zamanda, bir neçə gündür ki, ictimaiyyətin müzakirə predmetinə çevrilən mövzulardan biri də sovet dövründən qalma metrostansiyalara Cümhuriyyət qurucularının adlarının verilməsindən ibarətdir.

Belə ki, ölkə ictimaiyyətində metronun "İnşaatçılar", "Ulduz", "Xalqlar dostluğu"nun adlarının dəyişdirilməsi müzakirə olunur.

Median.Az xəbər verir ki, millət vəkili Aqil Abbas "İnterpress.az"a açıqlamasında metronun "Ulduz” stansiyasinin adının dəyişdirilə biləcəyini ehtimal edib. Deputat metro stansiyalarının birinə "Cümhuriyyət” adının verilməsini təklif edib:

"Mən rəsmi olmayan məlumatlar barədə fikir bildirmək istəmirəm. Zaman-zaman metro stansiyalarının adları dəyişib. Misal üçün, əvvəllər "Məşədi Əzizbəyov” stansiyanın adı dəyişdirilib "Koroğlu” oldu. Bununla yanaşı, "İçərişəhər” stansiyası da adı dəyişilən stansiyalar arasındadır. Ola bilər bundan sonra da dəyişdirilsin. Gələcəkdə belə bir şeylər ola bilər. "Ulduz” stansiyasının adı dəyişdirilə bilər. Amma "Xalqlar dostluğu”nun adı niyə dəyişdirilsin ki? Axı, biz xalqların dostuyuq, biz dostluğu sevənik axı. Belə şeylər ola bilər. Amma necə ola bilər, o, artıq mənlik deyil. Mənim sözümlə metro adını dəyişdirəcəklər? Mənim sözümlə metro adını dəyişmirlər axı, yoxsa mən deyərdim ki, metro stansiyalarının birinin adına "Cümhuriyyət” qoyulsun. Amma bunu dövlət qurumları müəyyənləşdirir. Hesab edirəm ki, bununla bağlı nəsə tədbir görə bilərlər. Amma mənim sözümlə deyil”.

Qeyd edək ki, əvvəllər adı "11-ci Qızıl Ordu Meydanı” olan stansiyanın adı dəyişdirilib "20 Yanvar", "Şaumyan” stansiyasının adı isə "Xətai stansiyası olub. İndiki "28 May” stansiyası Bakı Metrosunun ilk fəaliyyətə başladığı ildə "28 Aprel” adlanıb.

Növbəti belə stansiyalardan biri də indiki "Qarar Qarayev”dir. 1972-ci ildən fəaliyyətə başlayan stansiyanın ilk vaxtlar adı "Avrora" stansiyası olub. 27 aprel 1992-ci ildən isə stansiyanın adı indiki adla əvəzlənib. "Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü il tarixində həmin ad "Bakmil" adı ilə əvəzlənib. "26 Bakı Komissarı" stansiyasının adı 9 aprel 1992-ci ildə "Sahil”ə dəyişdirilib.

"Bakı Soveti”nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci il tarixində "İçәrişәhәr" adı ilə əvəzlənib. Adı dəyişdirilən hələlik sonuncu stansiya "Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Məşədi Əzizbəyov” olub. Lakin 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb.

Son xəbərlər