Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Əmlak çıxarışları telefona göndəriləcək

18.05.2018 12:10 3 929
Əmlak çıxarışları telefona göndəriləcək
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır.

Komitədən verilən məlumata görə, mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş günü müddətində, digər vacib dəyişiklik çıxarışların elektron şəkildə verilməsidir.

Komitə bildirir ki, əhali bu yeniliyə böyük maraq göstərir – qısa müddət ərzində 2000 nəfərdən çox elektron çıxarış alıb. Qeyd edək ki, elektron çıxarışlar vətəndaşın sistemdə yaratdığı elektron kabinetə yüklənir. Bu kabinetə həm adi kompüter, həm də mobil telefon vasitəsilə daxil olmaq mümkündür. Nəticədə əmlakın qeydiyyatı çıxarışını elektron kabinetdən telefona yükləmək və istifadə etmək olar.

Ümumiyyətlə əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak çıxarışlarının daha sürətli verilməsinə şərait yaradır ki, bu da biznes əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir.

Əmlakın qeydiyatı ilə bağlı xərclərin əvvəlcədən öyrənilməsi üçün isə Əmlak Kalkulyatoru işə düşüb.

Komitənin elan etdiyi yeni iş prinsipi də artıq bəzi sosial layihələr vasitəsilə reallaşdırılır. Belə ki, “kütləvi çıxarış” və “mobil ofis” kampaniyalarında əhali uzaq məsafə qət etmədən, ərazi idarəsinə getmədən əmlakını qeydiyyatdan keçirə bilir.

Paralel olaraq komitə əhalinin qeydiyat xidmətləri ilə bağlı rəylərini də toplayır. Bunun üçün xidmətdən istifadə edənlərə əks zənglər edilir və əhali arasında sorğular keçirilir, bu sorğular problemləri aradan qaldırmaq və xidmətin keyfiyyətini artırmaq üçün istifadə ediləcək.

Son xəbərlər