Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

“Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü - HEYDƏR ƏLİYEVİN GÖSTƏRİŞİ İLƏ VURULMUŞDU

17.05.2018 18:51 3 927
“Hyatt Regency” otelindən “Naxçıvan” lövhəsi götürüldü - HEYDƏR ƏLİYEVİN GÖSTƏRİŞİ İLƏ VURULMUŞDU
Bakıdakı "Hyatt Regency Naxçıvan” otelinin üzərindən "Naxçıvan” lövhəsi götürülüb. Bunu redaksiyamıza oxuculardan biri çatdırıb, lövhənin götürüldüyünü əks etdirən fotonu təqdim edib. Həmin otelinin adının "Hyatt Regency Naxçıvan” olmasının və lövhənin öz tarixçəsi var. Virtualaz.org xatırladır ki, bu otel sovet dövründə mövcud olmuş "Naxçıvan” mehmanxanasının yerində ötən əsrin 90-cı illərinin ortalarında inşa edilib. 



"Naxçıvan” mehmanxanasını özəlləşdirən və onun yerində Azərbaycanın ilk beşulduzlu otelini inşa edən İran əsilli britaniyalı iş adamı Paolo Pərviz idi. Və Paolo Pərviz keçmiş "Naxçıvan” mehmanxanasının yerində inşa etdiyi otelə dünyanın ən məşhur otel brendlərindən birinin adını (françayzinq müqaviləsi əsasında) vermişdi. Otelin açılışına o vaxtkı dövlət başçısı Heydər Əliyev qatıldı və açılış mərasimində otelin adında "Naxçıvan” sözünün olmamasına görə mədəniyyət naziri Polad Bülbüloğluna irad tutdu. 



Prezidentə izah edildi ki, "Hyatt Regency” brendi ilə bağlanmış müqaviləyə əsasən otelin adı "Hyatt Regency Baku” olmalıdır. Lakin Heydər Əliyev "Naxçıvan” sözünün də hansısa formada otelin adında əks edilməli olduğunu bildirdi. Nəticədə Paolo Pərviz otelin adını "Hyatt Regency Nakhchivan” olaraq dəyişdirdi.

İndi isə "Naxçıvan” sözü otelin üzərindən qoparılıb. Bunun otelin adının rəsmən dəyişdirilməsi ilə bağlı olduğu təxmin edilir. Oteldən lövhənin qoparılması ilə bağlı şərh almaq cəhdlərimiz nəticə vermədi.

Son xəbərlər