Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi arvadının 50 manata “satışa” çıxardı - VIDEO

17.05.2018 17:40 23 436
Bakıda kişi arvadının 50 manata “satışa” çıxardı - VIDEO
Kişi həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj edir. Belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edir. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu Yalçın Paşayev şəkillərini ”odnoklassniki” sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir.

Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə ailə həyatı qursa da, evlilikləri cəmi 8 ay çəkib. O, həyat yoldaşından əkiz oğlan uşağı dünyaya gətirib. Həmin vaxtdan Sona Paşayeva qeydiyyatda olduğu Cəlilabad rayonunun məhkəməsinə müraciət edərək, əmisi oğlu Yalçın Paşayevdən boşanıb. Amma o vaxtdan bu günə qədər qadın bir dəfə də olsun uşaqlarına aliment ala bilməyib.

Məsələ ilə bağlı Yalçın Paşayevlə əlaqə saxladıq. O, qadının şəkillərini paylaşmadığını, ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu dedi. Sosial şəbəkə vasitəsilə rüsvay edilən qadın məsələ ilə bağlı paytaxtın Nizami rayon hüquq-mühafizə orqanlarına məlumat verib.

Son xəbərlər