Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıt şəhər Xəstəxanasında nə baş verir? VİDEO

17.05.2018 16:43 2 178
Sumqayıt şəhər Xəstəxanasında nə baş verir? VİDEO
Sumqayıt şəhər 1 nömrəli şəhər Xəstəxananın həyətyanı sahəsində tullantılar yandırılır. Bu isə ətraf ərazilərdə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Median.Az xəbər verir ki, bu barədə "xeberle.com"a müraciət edən sakinlər xəstəxananın həyətində yandırılan zibillərin tüstüsünün ətraf ərazilərə də yayıldığını və xoşagəlməz qoxu ilə yanaşı, bir çox problemlərə də yol açdığını bildiriblər. Məsələ ilə bağlı Sumqayıt şəhər 1 nömrəi şəhər Xəstəxanasının baş həkimi Nazim Hüseynquliyev ilə əlaqə saxladıq. Nazim Hüseynquliyev saytımızıa açıqlamasında zibilləinr xəstəxananın işçiləri tərəfindən yandırılmadığını deyib: "Zibilləri hündürmərtəbəli binaların eyvanlarından xəstəxananın həyətinə tökürlər. Biz qəti sürətdə o zibilləri yandırmırıq. Xəstəxananın həyətinə girmək üçün heç kəsə maneə törədilmir. Ora bilər ki, oraya gələnlərdən biri yandırıb”.

Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsindən isə bildirildi ki, xəstəxanadan yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat onlara daxil olmayıb: " Xəstəxananın işçiləri nəzarət altında oranı təmizləyib yandırırlar. Ətrafda yaşan sakinləri narahat etməmək şərtilə hər bir obyektdə nəzarət altında nəyinsə yandırılması həyata keçirilə bilər. Oranın həyətində zibillərin yandırılması ilə əlaqədar hündürmərtəbəli yeni tikilinin komendantı bizə müraciət edib. Hadisə ilə bağlı Dövlət Yanğın Nəzarət Xidmətinin inpektorlarına məlumat vermişik və problemin aradan qaldırılması üçün oraya yanğınsöndürən maşın göndərmişik”.

Son xəbərlər