Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) |
Mojo.az Avto
Mojo.az Avto

Şagirdlər nazirin işdən qovduğu müəlliməyə görə ayağa qalxdılar

10.05.2018 16:24 13 515
Şagirdlər nazirin işdən qovduğu müəlliməyə görə ayağa qalxdılar
189-190 saylı orta məktəbin birinci sinif şagirdini döydüyü iddiası ilə işdən çıxarılan Səyyarə Əliyeva ilə bağlı şagirdlər arasında narazılıqlar yaranıb.

Bu barədə həmin məktəbin 1A sinifində təhsil alan Məhərrəm Nazim oğlu Əhmədovanın valideyni Aynurə Əhmədova baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sinifdə təhsil alan 24 şagirdin 20-si yaz tətilindən sonra dərsə getməkdən imtina edib. Onlar bu yolla sevimli müəllimələrinin işə qaytarılıcağına ümid edirlər.

"Uşaqlar özləri dərsə getməkdən imtina ediblər. Deyirlər ki, sinif rəhbərləri Səyyarə Əliyevanın işə qayıtmayana qədər dərsə getməyəcəklər. Uşaqlar öz müəllimələrini istəyirlər", - deyə valideyn Aynurə Əhmədova bildirib.

O, bildirib ki, bu gündən başlayaraq dərsə daha 4 uşaq gedib və dərsə gedən uşaqların sayı 8-ə çatıb. Lakin digərləri sinif rəhbərləri işə qaytarılmayanadək dərsə getməyəcəklərini bildirirlər.

"Biz valideynlər Təhsil Nazirliyinə və prezidentə müraciət ünvanlamışıq. Səyyarə müəllimə çox savadlı müəllimədir. Onun savadına və şagirdlərlə davranışına görə çox istəyirlər. Heç bir uşaqla pis davranmayıb. Biz onun işə qaytarılmasını istəyirik", - deyə Aynurə Əhmədova qeyd edib.

Məsələ ilə əlaqədar ibtidai sinif müəlliməsi Səyyarə Əliyeva ilə əlaqə saxladıq. Müəllimə baku.ws-ə bildirdi ki, bu ayın 2-dən etibarən məktəbdə işləmir. Müəllimənin sözlərinə görə, işdən məktəb direktorunun təzyiqi ilə üzləşdiyi üçün ayrılıb: "Mənə qarşı təzyiqlər oldu. Direktor və onun ətrafında olan insanlar mənə hədə-qorxu gəlməyə başladılar. Mən də məcbur olub ərizə yazdım".

"Mən alverçi deyiləm. Orada işləyən çoxu kimi avtomobilim yoxdur. Özüm kimi sinifim də kasıbdır. Orada hər ay uşaqlardan pul tələb edirdilər. Mən bunu etmirdim. Ona görə məni incidirdilər. Elə bu səbəbdən də, məni aldatdılar. Direktor sonra mənə dedi ki, ağlın vardı, ərizə yazmayaydın", - deyə Səyyarə Əliyeva bildirib.

Məsələ ilə əlaqədar 189-190 saylı orta məktəbin rəhbərliyilə əlaqə saxlamağa çalışdıq. İsrarlı müraciətlərimizə baxmayaraq, məktəbin direktoru Ceyran Kuliyeva bizimlə danışmaqdan imtina etdi. Onun haqqında səsləndirilən ittihamlara cavab verməyən direktor katibəsi vasitəsilə bizə bildirdi ki, məsələ ilə əlaqədar Təhsil İdarəsinə zəng vuraq. Hazırda işə onlar baxır. Direktor Səyyarə Əliyevanın şəxsən ona qarşı səsləndirdiyi ittihamlara cavab verməkdən də yayınıb.

Son xəbərlər