Mojo.az Banner
23:01 Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir  |     22:56 Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb  |     22:50 Astara buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur  |     22:43 Avtobusların dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub - Video  |     22:38 ABŞ İspaniya ilə ticarəti dayandıracaq  |     22:30 Aviabiletlər bahalaşdı - Video  |     22:19 Bu şəhərlərə bütün uçuşlar geri qaytarılıb  |     22:10 İranlı alimlər hakimiyyətin Pəhləviyə verilməsini tələb etdilər - FOTO  |     22:00 Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi  |     21:54 “Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı  |     21:44 İspaniya ilə ticarəti tam dayandırırıq - Tramp  |     21:36 Ramazan ayının on dördüncü günü: İmsak və iftar vaxtı, günün duası  |     21:15 Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR  |     21:05 Bu ərazidə 1600 abonent qazsız qalacaq  |     20:59 İnsanın düzgün yaşlandığını necə başa düşmək olar? - 7 əlamət  |     20:51 Avropa çempionu olan Azərbaycan cüdoçusuna cəza verildi  |     20:46 Halsızlığın gizli səbəbləri: Xoroniki yorğunluq düşündüyünüzdən daha ciddi ola bilər  |     20:40 Temperatur enəcək, qar yağacaq (XƏBƏRDARLIQ)  |     20:35 Vergi orqanı ilə şirkət rəhbəri arasında 5 milyonluq mübahisə  |     20:28 Elşən Binəqədinin meyiti morqda niyə qaldı? – Meyxanaçılardan açıqlamalar  |    
Left Banner
Right Banner

"Həkim məni kabinetinə aparıb, telefonumu söndürdü" — Şikayət məktubu (FOTO)

07.05.2018 18:48 3 709
Bakı şəhəri Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 9, ev 5-in sakini Nəbiyeva Rəfiqə Hacıbala qızı "Ölkə.Az"-ın redaksiyasına şikayət müraciəti edib.

R.Nəbiyevanın sözlərinə görə, Nərimanov rayonu 4 nömrəli poliklinikanın həkimi-travmatoloqu Azad Hüseynov onun əlini şikəst edib: "2014-cü ilin avqust ayında yıxılmışdım, sol əlimin orta barmağı sınmışdı. 2014-cü ilin avqust ayının 10-da Nərimanov rayonu 4 nömrəli poliklinikanın həkimi-travmatoloq Azad Hüseynova müraciət etdim. O da məni rentgenə saldırıb, əlimi gipsə qoydu. Bir neçə gün sonra getdim ki, ağrıdan ölürəm. Ağrıkəsicilər yazdı və əlim yenidən rentgenə salındı. Məlum oldu, gips sürüşüb. Əlim ard-arda üç dəfə eyni səbəbdən gipsə salındı. Sən demə, barmağımın sümükləri çilik-çilik olubmuş. O da bilmədən əlimi gipsə qoyub. Halbuki barmağım əməliyyat olunmalıymış. Üçüncü dəfə barmağıma iynə vurarkən, şpris əlində geri döndü və əlimin içinə girdi, ovcumdan çıxdı. Orada ürəyim gedib. Ayılanda soruşdum ki, ətrafdan spirt iyi gəlir, siz içki içmisiniz? Dedi ki, yox, tibbi spirtin iyidir. Ancaq şübhələnmişdim ki, bəlkə də içkilidir. Əlimi yenidən gipsə qoydular, adını bilmədiyim iynələr vurub, məni evə göndərdi. Səhəri gün yenidən Azad Hüseynovun yanına gedərək, bildirdim ki, indi digər barmaqlarım da işləmir, ovcumun içi də qatlanmır. Yenidən mənə iynələr yazdı və onları da aldım".

R.Nəbiyeva bildirir ki, Azad Hüseynov bu dəfə onu başqa bir tibb müəssisəsinə yönləndirib: "Bir neçə gündən sonra yenidən yanına getdim, gipsi açdı, gördü ki, əlim işləmir. Məni Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna - Zara doktor kimi təqdim edilən həkimin yanına göndərdi. Həftəyə 250 manat olmaqla, səkkiz ay Zara doktorun yanına getdim. Eyni zamanda Azad Hüseynovun da yanına gedirdim, əlimi müayinə edirdi. Hər dəfə deyirdi ki, uzun müddət Zara doktorun yanına getməlisən. Bir müddət sonra dedim ki, artıq pulum yoxdur. Çünki dərmanlarımı da özüm alıram. Əlimdə sübutum da var.

Bildirdim ki, sənədlərimi verin, gedib Türkiyədə müayinə olunacağam. Türkiyədə burada mənə qoyulan diaqnozların yanlış olduğunu dedilər. Əməliyyat olunmalı olduğumu bildirdilər, pulum olmadığına görə geri qayıtdılar. Qayıdandan sonra Azad Hüseynova bildirdim ki, mənə bu qədər ziyan dəyib, kömək edin, əməliyyat olunum. Bildirdi ki, heç bir kömək edə bilmərəm.

Məcbur olub Azad Hüseynov barəsində Nərimanov Rayon Məhkəməsinə müraciət etdim". Şikayətçinin sözlərinə görə, məhkəmə prosesinin başlamağına bir neçə gün qalmış Azad Hüseynov ona zəng vurur və sövdələşmə təklif edir: "Prosesin başlamağına bir neçə gün qalmış Azad Hüseynov mənə zəng vurdu və 4 nömrəli poliklinikanın baş həkiminin yanına getdik. Bildirdilər ki, sizə kömək edəcəyik, ancaq şikayətinizi geri götürün. Mən də razılaşdım və bildirdim ki, əlimin sağalmağını istəyirəm. Azad Hüseynov məni öz kabinetinə apardı, əl atıb telefonumu götürüb söndürdü. Dedi ki, birdən səsimi yazarsan. Bildirdi ki, bu mənim günahım deyil, sənə iki min manat verəcəyəm, get, ye, iç, kef elə. O söz mənə çox pis gəldi. Məhkəmə mənim xeyrimə qərar verdi və həkimə iki min manat cərimə kəsdi. Ancaq qərarla razılaşmadım və bildirdim ki, ümumilikdə otuz min vəsait xərcləmişəm, hətta evimin avadanlıqlarını da satmışam. Apellyasiya Məhkəməsinə müraciət etdim və qərar həkimin xeyrinə oldu. Yenidən Ali Məhkəməyə şikayət müraciəti etdim. Türkiyədən gələn sənədləri, digər maddi sübutlarımı da şikayətimin arasında təqdim etmişdim. Ali Məhkəmə işi yenidən Apellyasiya Məhkəməsinə göndərdi və yenidən baxılması tələb edildi".

R.Nəbiyeva bildirir ki, Azad Hüseynov müxtəlif vasitələrlə ekspertizanın rəyinə təsir göstərməyə çalışır: "O, ekspert-həkim Azər Dəmirovu ələ almağa çalışır. Azər Dəmirov rəy verib ki, guya əlim işlək vəziyyətdədir, doktorun heç bir təqsiri yoxdur. Halbuki əlim işləmir. Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, məhkəmənin ədalətli qərar çıxarması üçün mənə kömək etsinlər"




скачать dle 11.3
Mojo.az Banner