Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadın piyada keçidinin yaxınlığında vuruldu - VİDEO

04.05.2018 11:34 3 993
Bakıda qadın piyada keçidinin yaxınlığında vuruldu - VİDEO
Dünən axşam saat təxminən 22:40 radələrində paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədilib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Səbail rayonu Salyan şossesində, Dövlət Bayrağı Meydanı yaxınlığında qeydə alınıb. Belə ki, 10 OE 003 dövlət nömrə nişanlı, "Grand Cherokee” markalı avtomobillə yolu keçən orta yaşlı qadın vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə piyada keçidinin 20 metrliyində baş verib.

Hadisə yerinə Səbail rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib. Hadisəni törədən Xətai rayon sakini Vüqar Ağayev adlı şəxsdir. O, avtomobili xarici ölkədən alınan sürücülük vəsiqəsi ilə idarə edib. Hadisəni törədən sürücü saxlanılıb və araşdırmalar aparılır.

Son xəbərlər