Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı - Dəvətnamələr də paylanılıbmış

24.04.2018 14:42 5 451
Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı - Dəvətnamələr də paylanılıbmış
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qızının toyunu təxirə salıb.

Median.Az
xəbər verir ki, BakuPost-un əldə etdiyi məlumata görə, ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyu aprelin 14-də baş tutmalıymış. Hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış. Belə ki, toyun keçiriləcəyi məkan olaraq "Alov qüllələri”ndəki "Fairmont” otellə razılıq əldə olunub, təşkilati işlər də tamamlanıb. Lakin növbədənkənar prezident seçkilərindən sonra toy təxirə salınıb. Qonaqlara isə səbəb kimi prezident seçkilərindən sonra tədbirlərin çox olduğu, məhz bu səbəbdən toyun başqa tarixə keçirildiyi deyilib.

Mənbənin saytımıza verdiyi məlumata görə, toyu təxirə salan tərəf İbrahimovlar olub. Buna səbəb isə N. İbrahimovun seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacağı barədə xəbərlər alması olub.

Bundan başqa, toyun keçiriləcəyi məkan üçün və təşkilati işlərə xeyli miqdarda pul xərclənilib.

Qeyd edək ki, K.İbrahimova "DeCamie” moda evinin sahibidir.

Məlumat çün bildirək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutub. Seçkilərdən sonra aprelin 18-də Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib. Prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib. Beləliklə, N. İbrahimov NK-dan uzaqlaşdırılıb.


Son xəbərlər